Məktəbin həyətində dinozavr ayaq izi tapıldı FOTO
Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avstraliyada bir məktəbdə qaya parçasının üzərində 66 fosilləşmiş dinozavr ayaq izləri aşkar edilib.
Manset.az xəbər verir ki, üç barmaqlı ayaq izləri olan qaya parçasını araşdırmaq üçün paleontoloq Entoni Romilio ilə əlaqə saxlanılıb.
Təhlillər nəticəsində məlum olub ki, qayada təxminən 200 milyon il əvvəl erkən Yura dövrünə aid onlarla dinozavr ayaq izləri var.
Sözügedən qaya 2002-ci ildə kömür mədənçiləri tərəfindən tapılıb. Üzərindəki qeyri-adi izləri görən mədənçilər qalığı Kvinslend ştatının kiçik bir şəhəri olan Biloeladakı məktəbə hədiyyə ediblər. Qaya məktəbin girişində nümayiş etdirilsə də, onun əsl dəyəri başa düşülməyib.
Romilionun ərazidə apardığı araşdırmalar göstərib ki, dinozavr qalıqları təkcə məktəbdə deyil, ətraf ərazilərdə də tapılıb. Kömür mədəninin dayanacağına girişdə iki tonluq daşda dinozavr izi də aşkar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















