Icma.az
close
up
RU
Məktəbin qarşısında DƏHŞƏTLİ HADİSƏ

Məktəbin qarşısında DƏHŞƏTLİ HADİSƏ

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2007-ci il təvəllüdlü Nərimanın (adlar şərtidir – red.) məhkəməsi başa çatıb. 

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə 23 avqust 2023-cü ildə, saat 13:00-da Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin qarşısında baş verib. 

Nəriman orta məktəbin qarşısında sinif yoldaşı Nazimə yaxınlaşıb və əvvəlcədən aralarında olan mübahisə zamanı sonuncunun onu döyməsini cüzi səbəb kimi bəhanə gətirib, bıçaqla ona xəsarətlər yetirib. 

Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə qismən, yəni Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Bakı şəhərində anadan olub, Nəsimi rayonu ərazisində böyüyüb və hazırda da Nəsimi rayonu ərazisində yaşayır: “Mən Nəsimi rayonu ərazisində fəaliyyət göstərən orta məktəbi bu il bitirmişəm.  Zərərçəkmiş Nazim mənim sinif yoldaşım olub. Əvvəllər bizim aramızda yaxın dostluq münasibətləri olsa da, sonradan münasibətlərimiz pozulub. Nəticədə cinayət hadisəsi baş verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət hadisəsi 23 avqust 2023-cü ildə onlar məktəbdən çıxan zaman baş verib: “Hadisəyə səbəb Nazimin mənim və sinif yoldaşlarımın üzərində hegemonluq etmək istəməsi olub. Biz 10-cu sinfə keçdikdə, mən Nazim ilə gec-gec qarşılaşmışıq. 10-cu sinifdən sonra Nazim məktəbə gəldikdə, artıq əvvəlki vəziyyət olmayıb. Nazim bizimlə problemli kimi davranıb. Nazimi bıçaqlamamışdan əvvəl mənimlə onun arasında mübahisə olub. Bizim aramızda bir qədər əvvəl, yəni 2023-cü ilin iyun ayının sonlarında mübahisə baş verib. Bu hadisədən sonra fikirləşdim ki, Nazim məni gördüyü zaman biraz mehriban davranar. Lakin Nazim bunun əksini etdi. Ona görə də Nazimi gördüyüm gün həmin hadisə baş verdi. Hadisə məktəbin çıxışında baş verib. Həmin vaxt ətrafda heç kəs olmayıb. Mən Nazimi bıçaqladıqdan sonra bir nəfər oğlan gəldi, həmçinin həmin vaxt Ramil də orada olub. Nazim Ramilə dedi ki, atamı yığ. Ramil telefonu götürdükdə, mən artıq oradan getdim. Mən Nazimi bıçaqla vurmuşam. Hadisə vaxtı üzərimdə bənövşəyi rəngli, açılıb-qatlanan bıçaq olub. Mən Nazimin üzərində bıçaq olduğunu bildiyim üçün üzərimdə həmin bıçağı daşımışam”.

Təqsirləndirilən şəxs bildirib ki, 2022-ci ilin oktyabr ayında artıq onunla Nazimin arasındakı dostluq münasibətləri pozulub, bıçaqlanma hadisəsi də  2023-cü ildə baş verib: “Həmin vaxt Nazim birinci olaraq mənə bir dəfə əli ilə xəsarət yetirdi. Bundan sonra üzərimə bıçaq çıxardı. Bizim ümumi dostumuz Ramil də buna şahid olub. Hadisə günü məktəb bağlı olsa da, biz sinif rəhbərimiz tərəfindən məktəbə çağırılmışıq. Mən də Nazimin məktəbə gələcəyini bilmişəm. Həmçinin mənim də məktəbə gələcəyimi Nazim bilib. Nazimin mənə əli ilə xəsarət yetirməsi, sonra üzərimə bıçaq çıxarması məktəbin həyətində baş verib. Nazimlə sözlü mübahisə edən zaman Ramil adlı tanışlarımız bizdən bir qədər irəlidə olub. Ramil bizim aramızda baş vermiş səs-küyə dönərək yanımıza gəlib”.

Nərimanın ifadəsinə görə, Nazim 2021-ci ildə də onun üzərinə bıçaq çıxarıb, lakin valideynlərindən çəkindiyi üçün bu barədə heç kəsə deməyib: “Nazimin qarın boşluğuna bıçaqla xəsarət yetirmək istəməmişəm. Əksinə Nazimin ayaq hissəsinə xəsarət yetirmək istəmişəm. Nazimi bıçaqladıqdan sonra Ramil onun yanıma gələrək ona kömək edib. 2023-cü ilin iyun ayında Nazim və qardaşı Qubad məni birlikdə döyərək xəsarət yetiriblər. Bu barədə də heç kəsə məlumat verməmişəm. Bu hadisədən sonra mənim başımda xəsarət yaranıb. Eləcə də bıçaqlanma hadisəsindən bir ay əvvəl Nazim və qardaşı Qubad tərəfindən öyüldüyü günün səhərisi, “Zoom” proqramı vasitəsi ilə müəllim ilə dərsə qoşulub, həmin vaxt Nazim mənə dəfələrlə “kameranı aç, üzünü görək” deyə müraciət edib. Mənim üzümdə Nazim və Qubad tərəfindən yetirilmiş zərbələr nəticəsində xəsarətlər olduğundan kameranı açmaq istəməmişəm. Bu səbəbdən də Nazimin təzyiqinə dözə bilməyərək dərsi tərk etmişəm. Hadisədən bir qədər əvvəl biz məktəbdə olduğumuz  zaman Nazim mənim haqqımda Ramilə “bundan kişi olar?”, “dur pəncərəni bağla” kimi atmacalı sözlər deyib. Hətta müəllim baxışlarıyla mənə “fikir vermə” dedi”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nazimin sözlərinə görə, orta məktəbdə təhsil alıb və cinayət hadisəsi həmin məktəbdən çıxdıqda baş verib: “Mən həmin vaxt anam ilə mobil telefonla danışmışam. Həmin ərəfədə dayım yenicə rəhmətə getmişdi. Ona görə də yas mərasimi ilə bağlı anam ilə danışdım. Mən anam ilə  telefonla danışdığım zaman Nəriman məni arxadan vurub”.

Nazim qeyd edib ki, 2023-cü ilin yay aylarında, yəni təxminən hadisədən 2-3 ay əvvəl “Memar Əcəmi” ərazisində yerləşən “Mc Donald’s"ın yaxınlığında təsadüfən Nərimanın digər şəxslərlə mübahisə edərkən görüb və onlara yaxınlaşıb: “Orada Nəriman səs tonunu yüksəltməsi səbəbindən ona irad bildirdim, səsinin tonunu aşağı salmasını, əks təqdirdə polisin hamını aparacağını və problem yaşayacağımızı bildirdim. Həmin vaxt Nəriman mənə qarşı şərəf və ləyaqətimi alçaldan nalayiq ifadələr işlətdi. Bu səbəbdən də aramızda münaqişə yarandı. Həmçinin Nəriman mənə nə vaxtsa xəsarət yetirəcəyini bildirdi, ilk dəfə orada mənə qarşı düşmənçilik etdiyini etiraf etdi”. 

Zərərçəkmiş bildirib ki, avqustun 23-də, saat 12:00-da tam orta məktəbin inzibati binasında hazırlıq məşğələsinə gedib: “Orada məndən başqa Nəriman, Ramil və digər bir nəfər tanımadığım qız olub. Həmin tarixdə təxminən saat 13:00-da məşğələdən çıxdıq. Məktəbin çıxışı istiqamətində irəlidə Ramil, Ramildən 13-14 metr arxada mən, məndən arxada isə Nəriman gəlib. Məktəbin dəmir darvazasından çıxdıqda, mobil telefon vasitəsilə anama zəng etdim və telefonla danışdığım anda arxa-sağ tərəfdən bədən nahiyəmdə ağrı hiss etdim. Bir neçə zərbə dəydikdən sonra arxaya çevrildikdə məni vuran şəxsin Nəriman olduğunu gördüm. Dərhal ona yumruq zərbəsi, daha sonra isə təpik zərbəsi endirməklə özümü müdafiə etməyə cəhd etdim. Nərimanın yenidən əlindəki bıçaq ilə üzərimə gəldiyini gördükdə, belimdə olan bıçağı çıxardım. Bundan sonra Nəriman qorxaraq geri çəkildi. Mən isə arxa tərəfə çəkildim, əlimdə olan bıçağı ataraq yerə oturdum. Bu zaman Nərimanın oradan qaçaraq getdiyini gördüm. Daha sonra atam və təcili tibbi yardım briqadası ora gəldi. Sonra biz xəstəxanaya getdik. Mənim heç kiminlə, hətta Nərimanla belə ədavətim və ya düşmənlçiliyim olmayıb”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nərimanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. /demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Fevral 2025 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see334

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see326

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see195

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see180

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see179

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see178

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see175

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see172

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see171

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see170

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see164

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see163

Rusiya Ukraynaya nüvə zərbəsi endirəcək! Petrov

23 May 2026 08:01see158

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see154

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see154

Mikels Sabah ı Qarabağ a dəyişir? Premyer Liqanın bombardiri Qurban Qurbanovun yanına yollana bilər

23 May 2026 12:54see151

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see148

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see147

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see146

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri