Icma.az
close
up
RU
Məktəblərdə bu qadağa çox doğrudur, amma yetərli deyil

Məktəblərdə bu qadağa çox doğrudur, amma yetərli deyil

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda Azərbaycanda məktəblərdə Tiktoka çıxışın məhdudlaşdırıldığını deyib. Məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Axar.az-a açıqlamasında bildirib ki, xüsusilə orta ümumtəhsil məktəblərində Tiktok platformasının qadağan olunmasını dəstəkləyir.

“Lakin məsələni sadəcə orta ümumtəhsil məktəblərində Tiktoku qadağan etməklə həll etmək mümkün deyil. Mən valideyn dəstəyini bu istiqamətdə daha məqsədəuyğun hesab edirəm. Orta ümumtəhsil məktəblərində Tiktok platformasına qadağa qoyulsa belə, şagird müxtəlif yollarla, VPN vasitəsilə və ya başqa üsullarla bu məhdudiyyəti aradan qaldırmağa təşəbbüs göstərə bilər. Yəni istəsə, şagird bu platformalardan rahatlıqla istifadə edər.

Amma ümumilikdə yaş məhdudiyyətləri tətbiq etmək, müəyyən yaş həddinə çatmayan uşaqların sosial şəbəkələrdə hesab açmasının qarşısını almaq istiqamətində qadağalar tətbiq etmək olar”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, orta ümumtəhsil məktəblərində Tiktok platformasının qadağan olunması gözəl təşəbbüs olsa da, bunun nə dərəcədə faydalı olacağını araşdırmaq lazımdır:

“Düşünürəm ki, bu istiqamətdə valideynlər də mütləq prosesə cəlb olunmalıdır. Valideyn uşağına telefon verərkən onun Tiktok və ya digər sosial şəbəkələrdə hesablarının olmamasını təmin etmək üçün mütəmadi yoxlamalar aparmalı, nəzarət həyata keçirməlidir. Yəni valideyn nəzarəti mütləq olmalıdır.

Çünki həqiqətən də çox qəribə bir vəziyyət yaranır. Bəzi valideynlər uşaqla bacara bilmədiklərini, telefonu əllərindən ala bilmədiklərini deyirlər. Bu, reallıqdır, yəni gündəlik həyatda müşahidə etdiyimiz bir vəziyyətdir. Uşaq digər uşaqları misal gətirir, deyir ki, onların daha yaxşı telefonu var, mənim isə yoxdur. Niyə başqalarına qadağa qoyulmur, amma mənə qadağa qoyulur?!

Düşünürəm ki, bu istiqamətdə cəmiyyət maarifləndirilməlidir. Bütün valideynlər həmrəy olmalıdırlar. Uşağa telefon verilməsinin və sosial şəbəkələrdən istifadənin nə dərəcədə zərərli ola biləcəyi barədə maarifləndirmə işləri aparılmalıdır. Bu prosesi qeyri-hökumət təşkilatları və müvafiq qurumlar həyata keçirməli, həm məktəblərdə, həm də cəmiyyət arasında maarifləndirmə tədbirləri təşkil olunmalıdır.

Bir çox ölkədə, xüsusilə də inkişaf etmiş dövlətlərin əksəriyyətində şagirdlərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyətlər tətbiq olunur, orta ümumtəhsil məktəblərində bəzi sosial platformaların istifadəsi qadağan edilir”.

Ramin Nurəliyev bu cür sosial şəbəkələr və platformaların şagirdlərin təhsilinə çox mənfi təsir göstərdiyini hesab edir:

“Təsəvvür edin, şagird gün ərzində saatlarla sosial platformalarda gəzir, sosial mediada vaxt keçirirsə, bu, istər-istəməz onun gecə saat 1-ə, 2-yə, hətta 3-ə qədər oyaq qalmasına səbəb olur. Bu da şagirdin yuxusuz qalmasına və növbəti gün dərsdə yorğun olduğu üçün lazımi bilik və bacarıqları mənimsəyə bilməməsinə gətirib çıxara bilər. Şagird mənfi təsir göstərə biləcək hər hansı amildən mütləq şəkildə uzaq durmalıdır.

Uşaqlara son model telefonların, smartfonların alınması məsələsində də diqqətli olmaq, belə telefonlar verildiyi təqdirdə onların istifadəsinə birbaşa nəzarət etmək lazımdır.

Hesab edirəm ki, qadağa qoyulması düzgün addımdır. Amma biz bu məsələni tamamilə aradan qaldırmaq istəyiriksə, cəmiyyət mütləq maarifləndirilməlidir. Xüsusilə də universitetə hazırlaşan bir şagird gec saatlara qədər sosial mediada vaxt keçirirsə, bu, onun universitetə qəbul olmaq üçün lazım olan balı toplamasına mane ola bilər.

Valideynlər, müəllimlər və cəmiyyətin hər bir üzvü operativ addımlar atmalıdır. Hər şeyi dövlətdən gözləmək düzgün deyil. Dövlət məhdudiyyət tətbiq edə bilər, amma uşaq müxtəlif yollar axtararaq bu məhdudiyyəti aradan qaldıra bilər. Ona görə də burada ilk növbədə valideyn nəzarəti əsas amildir”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Oktyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri