Icma.az
close
up
RU
Məktəblərdə cizgi filmləri göstərilsin Kulturoloq

Məktəblərdə cizgi filmləri göstərilsin Kulturoloq

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Uşaqların Türkiyə türkcəsində danışmasını tez-tez tənqid edirik. Halbuki onların ana dilində baxa biləcəyi keyfiyyətli cizgi filmləri demək olar ki, yoxdur. Televiziya kanalları əsasən sovet dövründən qalma, rus dilindən dublyaj edilmiş cizgi filmlərini yayımlayır. Nəticədə uşaqlar xarici mənbələrə yönəlir və dil mühiti də buradan formalaşır. Bu vəziyyət yerli cizgi filmi istehsalının nə qədər zəruri olduğunu göstərir.
Məsələ ilə bağlı kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, Azərbaycan Dövlət Kino Agentliyi yarandıqdan sonra bir çox sahələrlə yanaşı uşaqlar üçün filmlər, teleseriallar, eyni zamanda cizgi filmlərinin çəkilməsi istiqamətində də müəyyən addımlar atılacağını gözləyirdik:
"Təəssüf ki, bu gözləntilər hələ də gözlənti olaraq qalır. Digər sahələrdə, o cümlədən Bakı Media Mərkəzinin iştirakı ilə müəyyən yeniliklər edilib. Cizgi filmləri sahəsində ayrıca bir kinostudiya var, Azan Film adlanır. Onlar bu yaxınlarda bir neçə cizgi filmi, hətta cizgi film serialları ilə bağlı addımlar atıblar. Heydər Əliyev Fondunun dəstəyi ilə kiçik filmlər də çəkilib. Bu yaxınlarda Gəncədə həmin cizgi filmlərinin təqdimatı keçirildi və Arzu Əliyevanın iştirakı ilə təqdimat baş tutdu.
Belə addımlar gələcəkdə artacaq. Klassik cizgi filmlərinin Azərbaycan dilində istehsalı və dublyajı ilə bağlı problemlər var. Bu, ilk növbədə estetik dəyərlərin dəyişməsi ilə bağlıdır. Sosial media, video paylaşım platformaları və süni intellektin inkişafı cizgi filmlərinə baxışı dəyişib. Artıq bir çox proqramlar cizgi filmlərini texniki baxımdan hazırlaya bilir. Yetər ki, ssenarilər keyfiyyətli olsun. Cizgi filmlərinin ən yeni, müasir variantı kimi bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Klassik cizgi filmləri əllə çəkilir, böyük yaradıcı heyətin iştirakı ilə hazırlanırdı və bu, həm çətin, həm də bahalı proses idi. İndi isə istehsal xərcləri ilə yanaşı baxış problemi də var".
Kulturoloq deyib ki, kinoteatr sistemi və pullu kontentdə uşaqlar üçün cizgi filmi əldə edib göstərən valideynlərin sayı azdır:
"Kreativ istehlakçı formalaşmadıqca bu bazar inkişaf edə bilməz. Nə vaxta qədər dövlət qurumları və fondlar hansısa cizgi filmini maliyyələşdirəcək. Dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə uşaqlar üçün filmlərə dəstək verən xeyriyyəçilər də yoxdur. Kinoteatrlar cizgi filmlərinə demək olar ki, yer vermir. Bu sahə üçün ayrıca konsept hazırlamaq olar. Əvvəllər məktəblərdə diafilmlər nümayiş olunurdu. Bu ənənəni cizgi filmləri ilə əvəz etmək mümkündür".
Onun sözlərinə götə, orta məktəblərdə, teatr və kinoteatrlarda mini cizgi filmi festivalları keçirməklə milli filmləri nümayiş etdirmək və uşaqların estetik dünyagörüşünü formalaşdırmaq olar:
"Dil məsələsi də burada xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlət dilinin estetik əsərlərdə inkişafı vacibdir. Ana dili xüsusən azyaşlı uşaqlarda şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə ana dilində uşaq və cizgi filmlərinin ayrıca seans kimi nümayişini təşkil etmək lazımdır. Niyə məktəblərdə cizgi filmi gecələri olmasın. Eyni zamanda "TikTok", "YouTube"və digər platformalar üçün süni intellekt və kompüter proqramları ilə hazırlanmış cizgi filmləri, seriallar və layihələr hazırlanmalıdır. Kreativ bazar zəifdir. Mədəniyyət Nazirliyi Kino Agentliyi, Elm və Təhsil Nazirliyi və digər qurumlarla birlikdə xüsusi layihə hazırlamalıdır. Təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır".
"Halbuki uşaqların estetik zövqünün formalaşdırılması üçün Qadın, Ailə və Uşaq Problemləri üzrə Komitə, dini qurumlar, fondlar və studiyalarla birgə cizgi filmlərinin inkişafı istiqamətində layihələr hazırlanmalıdır. Bu layihələr müstəqil studiyalar, prodakşnlar və telekanallar vasitəsilə reallaşdırılmalıdır. Əks halda uşaqlar yenə də xarici, xüsusən Türkiyə və rus dilli cizgi filmlərinə yönələcək. Bu isə onların düşüncə tərzinə təsir edəcək".
Aydın Xan Əbilov deyi  ki, cizgi filmlərinin modernləşdirilməsi də vacibdir. 
"Köhnə nağıl motivləri əvəzinə kosmos, robot texnologiyası, elm, texnika, dronlar kimi müasir mövzulara üstünlük verilməlidir. Bu mövzular həm klassik, həm də süni intellekt vasitəsilə hazırlanan formatlarda təqdim oluna bilər. Beləliklə, yeni nəslin diqqətini kompüter oyunlarından və zərərli kontentdən yayındırmaq mümkündür. Əks halda zorakılıq motivli oyunların təsiri uşaqların psixologiyasında ciddi fəsadlar yarada bilər", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri