Icma.az
close
up
RU
“Məktəblərdə ilkin tibbi yardımla bağlı dərslərin keçirilməsi olduqca vacibdir” Əmrah Həsənli

“Məktəblərdə ilkin tibbi yardımla bağlı dərslərin keçirilməsi olduqca vacibdir” Əmrah Həsənli

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlkin tibbi yardım hər bir insanın bilməli olduğu ən vacib biliklərdən biridir. Lakin təəssüf ki, cəmiyyətdə insanların böyük bir qismi qəfil qəza, yanıq, qanaxma və ya ürək tutması zamanı necə davranmalı olduğunu bilmir.

Belə olduqda bir sual yaranır, məktəblərdə ilkin tibbi yardımla bağlı dərslər və ya məşğələlər keçirilməlidirmi?

Redaktor.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, məktəblərdə ilkin tibbi yardımla bağlı dərslərin keçirilməsi olduqca vacibdir:

"Çünki biz övladlarımızı yalnız akademik biliklərlə deyil, həyat vərdişləri ilə də formalaşdırmalıyıq. Bu gün texnologiya, elm, informasiya sürətlə inkişaf edir, amma qəfil baş verən bir hadisə - kiçik qəzalar, sınıqlar, zədələnmələr, hətta ürək dayanması və ya qanaxma kimi hallarda uşaqların və ya ətrafdakıların savadsız qalması ciddi fəsadlar yarada bilər. İlkin tibbi yardım bilikləri həm həyatı xilas edir, həm də insanlarda məsuliyyət hissini formalaşdırır".

Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu dərslər artıq məktəb proqramlarına daxil edilib:

"Məsələn, Avropanın əksər məktəblərində şagirdlər müəyyən yaşdan sonra sadə tibbi bacarıqlar - təzyiq ölçmək, qanaxmanı dayandırmaq, süni tənəffüs vermək, təcili yardım çağırma proseduru kimi biliklərlə tanış olur. Bu, həm də gənclərin gələcəkdə cəmiyyətə daha hazırlıqlı və təhlükəsizlik şüuru yüksək fərdlər kimi yetişməsinə xidmət edir.

Azərbaycanda da düşünürəm ki, bu mövzuya xüsusi önəm verilməlidir. Məktəblərdə ayrıca fənn kimi olmasa da, “Həyat bilgisi”, “Fiziki tərbiyə” çərçivəsində mütəmadi olaraq ilkin tibbi yardım məşğələləri təşkil edilə bilər. Ən azı tədris ilində bir neçə dəfə praktik məşğələlər keçirilsə, uşaqlar həm özlərinə, həm də başqasına yardım edə biləcək qədər baza biliklərinə yiyələnərlər. Bu, gələcəkdə həyat qurtaran bir bacarıq rolunu oynaya bilər".

Ekspert vurğuladı ki, yalnız şagirdlər deyil, müəllimlər və məktəb heyəti də bu sahədə müəyyən təlimlərdən keçməlidirlər:

"Çünki biz məktəbdə hər gün yüzlərlə uşağın təhlükəsizliyini etibar etdiyimiz bir mühitdən danışırıq. Tədris prosesinə ilkin tibbi yardımın daxil edilməsi həm valideynlərin, həm də cəmiyyətin rahatlığını təmin edəcək addımdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri