Məktəblərdə işə qəbul başlayır Şəhid və veteran ailə üzvü olanlar nəzərə alınacaq
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır.
Milli.Az xəbər verir ki, 24 sentyabr 2025-ci il tarixindən start veriləcək müsahibə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranı ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə dəvət edilib.
Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.
Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların ardıcıllığına uyğun həyata keçiriləcək:
- Şəhid və müharibə veteranı ailə üzvləri
- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)
- Təhsil səviyyəsi
- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması.
Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 23 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















