Məktəblərdə kitabxanaçı vəzifəsi üçün müsahibənin vaxtı açıqlanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə təyin olunmaq istəyən namizədlər üçün müsahibə mərhələsi oktyabrın 1-də keçiriləcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi əsasında seçilmiş namizədlər müsahibəyə dəvət edilib. Müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə namizədlərə göndərilib.
Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Nəticələr barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Baxış sayı:60
Bu xəbər 30 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















