Icma.az
close
up
RU
Məktəblərdə Linkedln niyə bloklanıb? Əməkdar müəllimdən ETİRAZ

Məktəblərdə Linkedln niyə bloklanıb? Əməkdar müəllimdən ETİRAZ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa başlayıb:

“Hazırda məktəblərdə "TikTok"a çıxış bloklanır. Məktəbdə uşaqların “Linkedln”ə çıxışı, ümumiyyətlə, filter olunur. Elə mövzular var ki, onlar bloklanır. Məsəl üçün, terrorizmlə bağlı, pornoqrafiya ilə bağlı, narkomaniya ilə bağlı və ümumiyyətlə, iki yüz mövzudan çox təhlükəli olan mövzulara məhdudiyyətlər qoyulub məktəblərdə”, - deyə o bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, məktəblərdə "TikTok"un bloklanması və təhlükəli kontentlərə filtr tətbiqi ilk baxışda əla qərardır:

"Çünki, məktəbin internet şəbəkəsində yetkinlik yaşına çatmayanların psixologiyasına, mənəvi və fiziki sağlamlığına birbaşa zərbə vuran resursların bloklanması dövlətin və təhsil müəssisəsinin birbaşa vəzifəsidir. Burada mübahisə predmeti yoxdur. Dövlətin də, məktəbin də borcu uşağı həm də qorumaqdır. Lakin, bloklamaq ən asan, eyni zamanda ən az təsirli vasitədir. Uşaqlar evdə mobil internet vasitəsilə eyni məzmuna çıxa bilərsə, məktəbdəki bloklama simvolik xarakter daşıyır. Uşaq məktəbdə "TikTok"a girə bilmirsə, bu hələ onun təhlükəsiz olduğu anlamına gəlmir. O, evdə mobil internetlə, VPN-lə, başqa cihazla yenə həmin məzmuna çıxa bilər. Doğrudur, texniki filtr lazımdır, amma bu, təkbaşına yetərli deyil".

Müsahibimizin fikrincə, uşaqların qarşısına qadağalardan ibarət divar hörmək yox, internetdə rəqəmsal davranış mədəniyyəti formalaşdırmaq lazımdır:

"Uşaq bilməlidir ki, alqoritm onu maarifləndirmək üçün işləmir. Alqoritm onu ekranda saxlamaq üçün işləyir. Bu fərqi də ona məktəb izah etməlidir. Bu açıqlamada ən maraqlı yanaşma "Linkedln"lə bağlıdır. "TikTok" əyləncə və alqoritmik asılılıq platformasıdır. Bunu hamı bilir. "Linkedln" isə daha çox karyera, peşəkar inkişaf, CV, universitet və əmək bazarı ilə bağlı platformadır. Əgər yuxarı sinif şagirdlərinin "Linkedln"ə çıxışı da ümumi qaydada filtrlənirsə, bunun səbəbi açıq şəkildə izah olunmalıdır. Çünki "Linkedln" ciddi və peşəkar platformadır".

Əməkdar mnüəllim “200-dən çox mövzu” məsələsinə də aydınlıq gətirilməsini də vacib hesab edir:

"Cəmiyyət bilməlidir ki, hansı mövzular bloklanır, bu siyahı kim tərəfindən müəyyən edilir, səhv bloklama olarsa, məktəb və müəllim necə müraciət edə bilər. Çünki filtr qoruma vasitəsidir, amma nəzarətsiz filtr bəzən faydalı resursları da bağlaya bilər.
Həmçinin bütün bu qərarlarla yanaşı, paralel olaraq rəqəmsal savadlılıq da real dərs mövzusuna çevrilir. Valideyn də prosesdən kənarda qalmamalıdır. İndiki dövrdə, heç bir uşağı internetdən tam ayırmaq mümkün deyil. Bu zaman isə atılmalı olan əsas addımlardan biri uşağa internetdə özünü qorumağı öyrətmək olmalıdır və artıq məktəbin əsas vəzifələrindən biri də bu olmalıdır.
Bu addımı prinsipcə düzgün hesab edirəm. Lakin, mənim subyektiv fikrim hər zaman qadağaları kənara qoymaqdan yanadır, yəni bu siyasət qadağa siyasəti kimi yox, ağıllı rəqəmsal tərbiyə siyasəti kimi qurulmalıdır. Sosial şəbəkələrə qadağa qoymaq asandır, uşaqların düşüncəsində filtr yaratmaq isə çətindir. Amma uzunmüddətli nəticə verən də məhz bu yanaşmadır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyun 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri