Icma.az
close
up
RU
“Məktəblərdə milli mətbəximiz haqqında dərslər keçirilməlidir” TƏKLİF

“Məktəblərdə milli mətbəximiz haqqında dərslər keçirilməlidir” TƏKLİF

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ümumtəhsil məktəblərinin proqramı ildən-ilə genişləndirilir, şagirdlərə müxtəlif sahələri əhatə edən fənlər keçirilir. Ənənəvi dərslərdən başqa həyati əhəmiyyətli yeni fənlər də son illərdə orta məktəblərin proqramına daxil edilib. Həyati əhəmiyyətli məsələlərdən biri də sağlam qidalanmadır. Bu, bütün insanlar üçün vacibdir, xüsusən də uşaqlarçün. Təəssüf ki, günümüzdə uşaqların çoxu “fast-food”, kola, fanta, çipsi kimi zərərli qidalara və içkilərə meyil edir. Valideynlərsə buna normal yanaşırlar. Uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşmasında məktəblər də rol oynaya bilər.  
Sağlam qidalanma mütəxəssisi, qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov Demokrat.az-a açıqlamasında zərərli qidalanmanın qlobal bir problem olduğunu deyib. 
O, demək olar ki, bütün dünyanı bu problemin əhatə etdiyini bildirib:
“Məktəb ailədən başlayır. Uşaq məktəbə 6-7 yaşından gedir. Ailədə süfrə mədəniyyətini necə görürsə, o cür də formalaşır. Baxırıq ki, ailələr gedir oturur restoranda, ilk sözü də o olur ki, uşağın “kartof free”sini gətirin, ac qalmasın...”.
Ekspert uşaqları milli mətbəxə meyilləndirməyin vacib olduğunu vurğulayıb: 
“Bunu da ailə təbliğ etməlidir. Restoranlardakı “fast-food”lardan əlavə marketlərdə satılan zərərli qidaları da uşaqlara alırlar. Milli mətbəximiz isə sağlam qidalardan ibarətdir. Bu həm də bizim mədəniyyətimizdir. Bağçalarda da uşaqlar zərərli qidaları, içkiləri görmürlər. Bağçalarda qida rasionu dövlət tərəfindən tənzimlənir. Orada kola, fanta görə bilməzsiniz. Yəni zərərli qidalanma ailə daxilində başlayır. Məktəb bufetlərində də zərərli qida və içkilərin satışını qadağan etmək lazımdır. Uşaqlar üçün təbii şirələr, sular, balanslaşdırılmış, faydalı karbohidratlardan ibarət yeməklər satılmalıdır”. 
A.Salamovun fikrincə, məktəblərdə Azərbaycanın milli mətbəxi təbliğ olunmalıdır:
“Təəssüf ki, bizim milli mətbəximiz haqqında məktəblərdə heç nə tədris olunmur. Bu haqda məktəblərdə təbliğat olmalıdır. Uşaqlara milli mətbəximizin zəngin və sağlam olduğu aşılanmalıdır ki, onlar da buna meyillənsinlər. 
Məsələn, Almaniya məktəblərində uşaqlara sağlam qidalanma təbliğ olunur. Deyirlər ki, bu gün bizdə balıq günüdür, məsələn. Ona görə də hara getsələr, öz mətbəxlərinə müraciət edirlər, öz yeməklərini digərlərindən üstün tuturlar. Avropa ölkələrindən bu cür yaxşı cəhətləri nümunə götürməliyik. Öz mətbəximiz haqqında nə qədər danışsaq, azdır, bu barədə ensiklopediyalar yazmaq olar. Formalaşmış, sağlam mətbəximiz var, uşaqlarımıza da bunu sevdirməliyik”.
Törə Zeynallı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri