Məktəblərdə mobil telefonları qadağan etməyə hazırlıq gedir
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çexiya 2027-ci ildən məktəblərdə mobil telefonları qadağan etməyi planlaşdırır.
Modern.az xarici mediaya istinadən məlumat verir ki, Çexiya hökuməti məktəb mühitində diqqətin artırılması və şagirdlərin sosial ünsiyyətinin gücləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, 2027-ci il sentyabrın 1-dən etibarən uşaq bağçalarında, ibtidai və aşağı orta məktəblərdə mobil telefonlardan istifadə qadağan ediləcək.
Qadağa yalnız dərs saatlarına deyil, həm də tənəffüslərə, məktəb yeməkxanalarına və məktəb ərazisində keçirilən könüllü fəaliyyətlərə şamil olunacaq. Bununla belə, telefonlardan tibbi səbəblərlə və ya tədris prosesinin bir hissəsi kimi istifadə edilməsinə icazə veriləcək.
Hökumət bildirir ki, bu addım şagirdlərin dərsə daha yaxşı fokuslanmasına, kiberzorakılığın azalmasına və məktəbdə canlı ünsiyyətin artmasına kömək edə bilər. Qanun layihəsi parlament tərəfindən təsdiqlənərsə, yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 01 Avqust 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















