Məktəblərdə mübahisələrin həllində mediasiyanın roluna dair görüşlər keçirilib FOTO
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Elm və Təhsil Nazirliyinin və Mediasiya Şurasının dəstəyi ilə Bakı şəhəri 62 nömrəli məktəb-liseydə, Sabir Abbasov adına 117 nömrəli tam orta ümumtəhsil məktəbində və Füzuli Gözəlov adına 124 nömrəli tam orta ümumtəhsil məktəbində mübahisələrin həllində mediasiyanın roluna həsr olunmuş silsilə tədbirlər keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Mediasiya Şurasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, məktəb rəhbərliyinin, habelə müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirlərdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Azər İsalı və İlahə Əfqanlı çıxış edərək, təhsil müəssisələrində uşaqların zorakılıqdan müdafiəsi, bullinqlə mübarizə, bu sahədə preventiv və dəstəkləyici mexanizmin tətbiqi, uşaqlar arasında sağlam ünsiyyətin təşviqi, habelə uşaq hüquqlarının səmərəli təmininə yönəlmiş məsələlərlə bağlı Müvəkkil tərəfindən görülən işlər və irəli sürülən təkliflər diqqətə çatdırılıb.
Tədbirdə “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının təqdimat mərasimi keçirilib, həmçinin mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 26 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















