Məktəblərdə növbəti tətillərin vaxtı azaldılacaq? RƏSMİ
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, ölkədə noyabrın 11-dən 22-dək keçirilən COP29 beynəlxalq tədbiri səbəbilə orta məktəblərdə payız tətilinin müddəti uzadıldı.
Payız tətili noyabrın 12-dən 22-dək davam etdi.
Bu amil tədris ilinin növbəti tətil günlərinin sayının azalmasına və yaxud dərs ilinin uzanmasına təsir edəcəkmi?
Bu barədə TNS-in sorğusu Elm və Təhsil Nazirliyi tərəfindən cavablandırılıb.
Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 371 nömrəli qərarına əsasən, cari tədris ilində payız tətili 2024-cü ilin 12-22 noyabr tarixlərini əhatə edib, bununla əlaqədar təhsil müəssisələrinə tapşırıq verilib: “Təhsil proqramlarının tam mənimsənilməsini təmin etmək məqsədilə illik planda sadə və əlaqəli mövzuların birləşdirilməsi, bir sıra mövzuların müstəqil öyrənmə üçün ayrılması, ilboyu təkrar və ümumiləşdirilmələrə daha çox diqqətin ayrılması ümumi təhsil müəssisələrinə tapşırılıb.
Qeyd olunanları nəzərə alaraq, bildiririk ki, növbəti tətil günləri və ya tədris ilinin müddəti ilə bağlı dəyişikliyin edilməsi nəzərdə tutulmayıb”.
Baxış sayı:130
Bu xəbər 03 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















