Icma.az
close
up
RU
Məktəblərdə polis postları yaradılmalıdır, şagirdlər yoxlanılmalıdır YENİ TƏKLİF

Məktəblərdə polis postları yaradılmalıdır, şagirdlər yoxlanılmalıdır YENİ TƏKLİF

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib.

Qeyd edək ki, məktəblərdə dəfələrlə bu cür hallar baş verib. Bütün bunlar isə məktəblərdə təhlükəsizlik məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, məktəblərdə daxili nizam-intizamı qorumaq və xüsusilə cinayətkarlıq hallarının, yaxud cinayətə təşəbbüs cəhdlərinin qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin hər məktəbdə bir postu yaradılmalıdır:

"Həmin postda bir serjant və ya əməkdaş mütəmadi şəkildə məktəbin təhlükəsizliyini təmin etməli, uşaqlar üzərində nəzarəti gücləndirməlidir. Əgər bu cür postlar yaradılmasa, məktəblərdə xüsusi bir sistem qurulmalıdır. Hər gün məktəblərdə və siniflərdə uşaqların üzərindəki əşyalar yoxlanılmalıdır. Daxili nizam-intizamı qorumaq üçün hər bir məktəbdə xüsusi işçi qrupu yaradılmalı, həmin qrup şagirdlərin çantalarını, üzərindəki əşyaları tam şəkildə yoxlamalıdır. Əgər hər hansı alət və ya təhlükə yarada biləcək predmet aşkarlanarsa, bu barədə dərhal Daxili İşlər Nazirliyinə məlumat verilməli, hadisə araşdırılmalı və müvafiq tədbirlər görülməlidir".

Onun sözlərinə görə, belə hallar bir neçə dəfə təkrarlanarsa, şagirdlərdə müəyyən qorxu hissi formalaşacaq və onlar artıq bu cür hərəkətlərə cəhd etməyəcəklər.

"Hazırda məktəblərdə vəziyyət çox zəifdir, nizam-intizam demək olar ki, sıfır səviyyəsindədir. Şagirdlər nə müəllimdən, nə də direktor, direktor müavini və ya digər məsul şəxslərdən çəkinirlər. Bu da sosial şəbəkələrin təsiri ilə şagirdlərin həddindən artıq sərbəst davranmasına səbəb olur. Nəticədə bu sərbəstlik bəzən xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Dediyim kimi, bunun yeganə çıxış yolu məktəblərdə polis postlarının yaradılmasıdır. Ölkəmizdə kifayət qədər polis serjantı var. Hər bölgədə orta hesabla 5-10 məktəb mövcuddur və həmin məktəblərə Daxili İşlər Nazirliyinin əməkdaşlarını cəlb etmək mümkündür. Onların orada mütəmadi dayanması şagirdlərdə məsuliyyət hissi yaradacaq. Şagird polis serjantını gördükdə anlayacaq ki, qayda pozsa, məsuliyyət daşıyacaq, bu da onu cinayətə və ya intizamsızlığa təşəbbüsdən çəkindirəcək.

Əgər bu sistem həyata keçirilə bilməzsə, o zaman Elm və Təhsil Nazirliyi məktəblərdə dediyim kimi xüsusi işçi qrupları yaratmalıdır. Dövlət onsuz da təhsil sahəsinə kifayət qədər vəsait ayırır. Ona görə də bu nəzarət sistemini təşkil etmək elə də çətin məsələ deyil. Şagirdlərə hər gün mütəmadi şəkildə yoxlanış və nəzarət aparılmalıdır. Bir müddət bu tədbirlər davam etdirilərsə və üzərində hər hansı təhlükəli alət aşkarlanan şagirdlər polisə təhvil verilərsə, digər şagirdlər də bu vəziyyətdən nəticə çıxaracaq və oxşar davranışlara cəhd etməyə qorxacaqlar", - deyə Elçin Murad qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri