Icma.az
close
up
RU
Məktəblərdə üç fənn BİRLƏŞİR

Məktəblərdə üç fənn BİRLƏŞİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?

Modern.az xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:

"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.

Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".

Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:

"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.

Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.

Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see287

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see273

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see267

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see260

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see236

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see219

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see213

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see204

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see203

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see195

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see195

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see194

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see189

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see187

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see183

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see177

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see171

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see171

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see171

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri