Məktəblərdə yayılan bu sənəd etirazlara səbəb oldu FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son vaxtlar bir çox məktəblərdə valideynlərdən "İltizam" adlı sənədi imzalamaq tələb olunur.
Milli.Az xəbər verir ki, sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərlərinə götürürlər.
Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur.
Hətta bəzi hallarda məktəbin rəhbərliyinin uşağa qarşı qəbul etdiyi qərarlara valideynin etiraz etməyəcəyi bəndi də yer alır. Bu praktika validenylər arasında ciddi müzakirələrə səbəb olub.
Bəziləri sənədi məktəbdə intizamın qorunması üçün zəruri hesab etsə də, digərləri bunun hüquqi əsasının olmadığını və valideynlərin təzyiq altında imza atmağa məcbur qaldığını bildirir. Bu suallar ətrafında müzakirələr davam edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















