Məktəblərə Son zəng ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə APA-ya Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb. Xəbərlərə əsasən, təlimatda qeyd olunub ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 10 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















