Icma.az
close
up
RU
Məktəblərin bufetlərində bu məhsullar satıla bilməz RƏSMİ+SİYAHI

Məktəblərin bufetlərində bu məhsullar satıla bilməz RƏSMİ+SİYAHI

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Məktəb bufetləri şagirdlərin gün ərzində əsasən qida ehtiyaclarını qarşıladıqları yerlərdir.

Ölkə.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, burada təklif olunan məhsulların keyfiyyəti, çeşidi və sağlamlıq baxımından uyğunluğu həm valideynlər, həm də pedaqoqlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Orta məktəblərin bufetlərində satışa çıxarılan məhsullarla bağlı hər hansı qaydalar varmı? Hansı məhsullar məktəblərin bufetlərində satıla bilməz?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, mövcud qanunvericilikdə ümumi təhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadəsi qadağan edilən məhsulların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" adlı sənədində təsbit edilib.
Həmin məhsullar aşağıdakılardır:

• çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

• termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

• təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

• termiki emala məruz qalmayan yaşıl noxud;

• ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);

• termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

• göbələklər;

• yumurtalı makaronlar, qayğanaq;

• kremli pirojnalar və tortlar;

• çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;

• xəmiri acıdan naməlum tərkibli tozlar.

Eyni zamanda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, alkoqollu və energetik içkilərin uşaqlara satılması qadağandır.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə hesab edir ki, məktəblərin sağlam inkişaf etməsi üçün onların gündəlik rasionunda sağlamlığı və inkişafı üçün uyğun qidalanması gərəkdir. Bu qidaların tərkibi isə sağlam və təzə olmalıdır:

"Eyni zamanda gün ərzində bir orqanizmin düzgün şəkildə inkişaf etməsi üçün 70-ə qədər makro və mikro elementlər lazımdır ki, bu elementləri məhz sağlam, balanslı, vitaminlərlə zəngin məhsullarla qidalandıqda ala bilir. Belə ki, bunlar yerli, mövsümi meyvə, tərəvəzlər, qoz, fındıq, çərəzlər və eyni zamanda da təzə yeni hazırlanmış sendviçlər, az şəkərli təbii içkilər, su, ayran, çay bu şəkildə təqdim olunmalıdır.

Məktəblilərin qidalanmasın və bufetlərdə satılan qidalara Təhsil Nazirliyi və aidiyyəti üzrə müvafiq dövlət qurumları tərəfindən mütəmadi baxış keçirilməlidir, onların sağlamlığını təmin etməyə yönəlmiş düzgün qidaların satılmasını təmin etməlidirlər.
Məktəb bufetlərində yaxşı olar ki, satılan qidalar içində keyfiyyətli, təzə, təmiz hazırlanmış qidalar olmalıdır. Qeyri-sağlam məhsulların satışı birmənalı şəkildə məhdudlaşdırılmalıdır. Xüsusilə şəkərli içkilər, fast-fod qidalar, həddindən artıq çox kimyəvi qatqı maddələrindən istifadə olunmuş məhsullar, tərkibində doymuş yağlardan çox istifadə olunmuş məhsullar, duzlu qidalar, şirin qəlyanaltılar, bu kimi məhsulların satışı azaldılmalıdır. Çipsilər, qarğıdalı çubuqları və bu kimi konservləşdirilmiş qidaların məktəb bufetlərində satışı tövsiyə olunan məhsullar deyil.

Bəzən məktəblilər səhər heç bir qida qəbul etmədən ilk olaraq acqarına kimyəvi qatqı maddələrindən çox olan qidanı qəbul edir. Bu da onlarda həzm və allergiya kimi digər problemlərin ortaya çımasına səbəb olur. Qazlı, rəngli, şəkərli içkilərin satılmaması tövsiyə olunandır. Bunların əvəzinə daha faydalı adi su, meyvə şirələri, çay, ayran tövsiyə olunan içkilər sırasındadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri