Icma.az
close
up
RU
Məktəblərlə bağlı böyük İDDİA: Yüzlərlə yer...

Məktəblərlə bağlı böyük İDDİA: Yüzlərlə yer...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Direktorların işə qəbulu üzrə müsabiqə bundan sonra yeni qaydalarla keçiriləcək. Əvvəlki illərdə bu proses bir neçə mərhələdən ibarət olsa da, bu dəfə əsas diqqət pedaqoji peşəkar səriştələrə və əvvəlki qiymətləndirmə nəticələrinə yönələcək”.

Bunu Məktəbdənkənar və Ümumi Təhsil Dəstək Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli  bildirib. Onun sözlərinə görə, yeni mərhələdə namizədlər vakansiya seçimi həyata keçirir və bundan sonra əvvəlcədən təsdiq edilmiş ardıcıllığa uyğun şəkildə dəyərləndiriləcəklər:

“Hazırda namizədlər vakansiya seçimi aparırlar. Daha sonra onlar müəyyən edilmiş ardıcıllıqla müsahibəyə dəvət olunacaqlar. Proses yalnız müsahibə mərhələsindən ibarət olacaq”.

Nurlan İsmayılbəyli, həmçinin müsahibədən keçməyən direktor namizədlərininin növbəti mərhələlərdə iştirak imkanına da aydınlıq gətirib:

”Əgər namizədlər bu mərhələdə uğur qazanmasalar, onlar növbəti elan olunacaq vakansiyalara yenidən müraciət edə və müsahibəyə dəvət ala bilərlər”.

Qeyd edək ki, son günlər əsas müzakirə mövzularından biri də məhz məktəb direktorlarını işə qəbulu ilə bağlıdır. Ekspertlər bu sahədə müxtəlif problemlərin olduğunu bildirirlər.

Direktorların işə qəbulu üzrə müsabiqənin yeni qaydalarla həyata keçirilməsi bu sahədə mövcud problemi həll edəcəkmi?  

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, keçən əsrin 50-ci illərinə qədər dünyanın bütün ölkələrində  məktəb direktoru qabaqcıl, nüfuzlu  müəllimlərdən təyin edilirdi:

“Ancaq keçən ilin 1950-1951-ci illərdə ABŞ-də gördülər ki, qabaqcıl, yaxşı müəllim olmaq heç də yaxşı idarəedici demək deyil.  Müsahibə yolu ilə direktorlar təyin etməyə başladılar.  Müsahibədə onların əsasən liderliyi və idarəetmə qabiliyyətləri yoxlanılırdı. Bunun effektivliyini gördülər  və nəticədə ABŞ-nin bütün ştatlarında bunu tətbiq etməyə başladılar. Hətta 1964-cü ildə ABŞ-nin pedoqoji universitetlərində “Məktəb idarəetməsi” ixtisası yaradıldı ki,  seçilmiş şəxslər ora göndərilirdi. Təhsil aldıqdan sonra məktəb rəhbərliyinə qayıdırdılar. 1980-ci illərdə bu, Avropaya yayıldı və bizdə də 2011-2012-ci ildə pilot layihə kimi tətbiq olunmağa başlandı.

Emin Əmrullayev   nazirlikdə tətbiq olunan “Uğur” layihəsi, “Sabahın məktəb direktorları”,  “Uğur sertifikatı” kimi layihələrə rəhbərlik edib. Beynəlxalq təcrübədə belədir ki,  məktəb direktorları bir neçə mərhələdən-test, müsahibə- əlavə təhsilə cəlb olunduqdan sonra məktəblərə rəhbərliyə göndərilirdilər. Çox təəssüf ki, bizdə məktəb rəhbərlərinin müsabiqə yolu ilə təyinatı biznes xarakterli layihəyə çevrildi. Nəticədə çox böyük, neqativ halların şahidiyik.

Nazir özü rəhbərlik etdiyi məktəb direktorlarının işə qəbul layihəsinin  12 ildən sonra effektiv olmadığını başa düşdü. Nəticədə müsahibə yolu ilə məktəb direktorlarının təyin ediləcəyi bildirildi. Məsələ ondadır ki, bu müsahibənin mexanizmi ortada yoxdur.  Nə müsahibənin qaydalarını elan edirlər, yəni hansı bölmələrdən sual veriləcək, məktəb işi ilə bağlı orada nə var? Bunu açıqlama ilə göstərməlidirlər ki,  nazirliyə lazım olan məktəb direktoru hansı keyfiyyətlərə malik olmalıdır. O keyfiyyətlər ilk növbədə elan olunmalı və istiqaməti də müəyyən etməli idilər”. 

Ekspertin sözlərinə görə, maraq doğuran həm də odur ki, 2024-2025-ci illərdə keçirilən məktəb direktoru müsabiqəsinin  uğur qazanmış şəxslərin şəxsi telefonlarına “uğur qazanmısınız, qısa müddətdə yerləşdiriləcəksiniz” mesajı gəlsə də, həmin şəxslər kənarda qaldılar:

“ 2024-2025-ci tədris ilində ölkədə 4452 məktəb var, ancaq bu il bildiyimə görə, 150-yə yaxın məktəb bağlanılıb, bu məktəbləri saymasaq belə, Azərbaycanda 850-dən artıq  məktəb direktoru vəzifəsi vakantdır. Maraqlı odur  ki, ETN və MÜTDA cəmi 600 məktəbin vakansiyaya çıxarıldığını  elan edib. Ancaq vakansiya siyahısı çıxanda məlum oldu ki, vakansiyada 200-dən artıq məktəb var. Elan olunan 600 vakansiyasının üçdə ikisi gizlədilib. Məsələn, Bakı şəhəri üzrə vakant olan məktəblərin sayı 80-dən yuxarıdır, cəmi 22 məktəb çıxarılıb. Yaxud Biləsuvar rayonunda 10-a yaxın məktəb vakantdırsa, cəmi 1-i çıxarılıb.

Qəbələdə 8 məktəb vakantdırsa, cəmi 2 məktəb çıxarılıb. Bu,  “imtahan şousuğ"ndan başqa bir şey deyil. Acınacaqlı vəziyyət ondan ibarətdir ki, ölkədə elm və təhsilə rəhbərlik edən şəxslər özləri vakansiyaları açıq şəkildə gizlədirlər. Çünki insanlar sistemə girirlər, vakansiyalara baxırlar və görürlər ki, onların məktəbində direktor yoxdur, ancaq vakant məktəblərin siyahısında onların məktəbləri]nin adı da yoxdur. Ölkənin strateji sahəsi olan təhsil, o cümlədən məktəb direktoru sıradan bir vəzifə deyil.  Bu baxımdan, “biz belə düşünürük” adı ilə bu sahə bazara çevrilib. İlk növbədə ETN məktəb direktorunun standartlarını müəyyən etməlidir.

Nazirin əmri ilə təsdiq olunmuş bir standart olmalıdır. Məsələn, ibtidai məktəbin direktoru hansı keyfiyyətlərə malik olmalıdır?  Ümumiorta məktəbin direktoru hansı keyfiyyətlərə malik olmalıdır? Tam orta məktəbin direktoru, lisey və gimnaziyanın direktoru hansı keyfiyyətlərə, hansı təcrübəyə malik olmalıdır və bundan  həmin keyfiyyətlər üzrə imtahandan keçdikdən sonra müsahibə mərhələsində  məhz həmin keyfiyyətlərə, standartlara uyğun gəlib-gəlməməsi yoxlanılmalıdır. Yoxlanan zaman müsahibə komissiyasının dəyərləndirməsi öncədən bəlli olmalıdır. Yəni subyektiv fikirlər əsasında dəyərləndirmə olmamalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri