Icma.az
close
up
RU
Məktəbli avtobusu layihəsi: Təhsilin keyfiyyətinə necə təsir edəcək?

Məktəbli avtobusu layihəsi: Təhsilin keyfiyyətinə necə təsir edəcək?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib.

Emin Əmrullayevin sözlərinə görə, paytaxdakı “Məktəbli avtobusu” layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.

Bəs bunun təhsilin keyfiyyətinə necə təsir edəcək? Şagirdlərin dərsə davamiyyəti artacaq?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Adil Vəliyev bildirib ki, bu addım təhsil sisteminə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, bu xidmət şagirdlərin təhlükəsiz və rahat şəkildə məktəbə gedib-gəlməsini təmin edəcək:

“Məktəblilər üçün avtobusların təşkili həm valideynlər, həm də şagirdlər üçün sevindirici xəbərdir. Bu, elə hamımız üçün sevindirici bir xəbərdir. Məktəblilər üçün avtobusun təşkil olunması onların dərsə davamiyyətinə də birbaşa təsir edəcək.

Çünki şagirdlərin məktəbə vaxtında və rahat çatması demək olar ki, birbaşa Elm və Təhsil Nazirliyinin təşkil etdiyi avtobusların artıq üzərinə düşəcək. Bu da şagirdlərin təhlükəsiz və rahat şəkildə məktəbə gedib-gəlməsini təmin edəcək.

Eyni zamanda valideynlər övladlarının dərsə vaxtında çatacağına əmin olaraq, daha rahat şəkildə işə gedə biləcəklər. Bundan əlavə, məktəbli avtobuslarının fəaliyyəti şəhərdə tıxacların azalmasına da töhfə verə bilər.

Bildirim ki, bəzi şagirdlər məktəbə uzaq məsafədən gəlir və valideynlər onları hər gün aparıb-gətirmək üçün ciddi çətinliklərlə üzləşirlər. Bu isə həm valideynlərin, həm də uşaqların yorğunluğuna və nəticədə onların dərs və iş fəaliyyətinə mənfi təsir edir.

Əgər bu xidmət yüksək səviyyədə təşkil olunarsa, həm şagirdlərin dərsə davamiyyəti artar, həm valideynlər vaxtına qənaət edər, həm də şəhər nəqliyyatındakı yük bir qədər azalar”.

Ekspert qeyd edib ki, bu təşəbbüs düzgün icra olunarsa, təhsil sistemi və cəmiyyət üçün çox effektiv və faydalı olacaq:

“Xüsusilə Bakı kəndlərində valideynlər bir yerə toplaşaraq övladlarını məktəbə aparmaq üçün fərdi maşın və ya mikroavtobuslar kirayələyirlər. Dövlət səviyyəsində təşkil olunan avtobus xidməti isə bu prosesi daha effektiv edər.

Bu praktika artıq xarici ölkələrdə və Azərbaycandakı özəl məktəblərdə uğurla tətbiq olunur. Əgər dövlət məktəblərində də bu sistem düzgün şəkildə qurularsa, bu, hər üç tərəf üçün - Elm və Təhsil Nazirliyi, valideynlər və şagirdlər üçün ən praktik həll yolu olacaq. 

Üstəlik, məktəbli avtobuslarının təşkili uşaqların təhlükəsizliyinin təmin olunmasına da böyük töhfə verəcək. Valideynlər övladlarını etibarla məktəbə yola sala biləcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri