Məktəbli formaları şagirdlərin davranışını yaxşılaşdırır?
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məktəbli formalarının nə şagirdlərin davranışına, nə də ümumi davamiyyətə nəzərəçarpacaq təsiri olmadığı müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ScienceDaily” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Tədqiqat uşaq bağçasından 5-ci sinfə qədər olan 6 mindən çox şagird üzərində aparılıb və müəllimlərin qiymətləndirmələri əsasında onların davranış göstəriciləri, sosial bacarıqları və dərsdən yayınma halları analiz edilib.
Tədqiqat nəticələri göstərir ki, forma tələb edilən və edilməyən məktəblər arasında aqressiya, sosial bacarıqlar və dərsə davamiyyət baxımından ciddi fərq yoxdur.
Tədqiqatçılar bildirirlər ki, formanın əsas üstünlükləri kimi təqdim olunan “nizam-intizamı artırır” və “zorakılığı azaldır” kimi fikirlər elmi nəticələrlə təsdiqini tapmayıb.
Eyni zamanda məlum olub ki, məktəbli forması geyinən şagirdlər özlərini məktəbə daha az aid hiss etdiklərini bildiriblər. Tədqiqatçılar bunu fərdi ifadə azadlığının məhdudlaşdırılması ilə izah edirlər.
Araşdırma müəllifləri bildiriblər ki, məktəbli formalarının geniş şəkildə tətbiq edilməsinə baxmayaraq, onların şagird davranışını yaxşılaşdıran əsas vasitə kimi qiymətləndirilməsi elmi nəticələrlə üst-üstə düşmür və gözləntiləri doğrultmur.
Bu mövzuda digər xəbərlər:Məktəbli formaları ucuzlaşıb? (VİDEO)
12 Avqust 2025 13:48
Azərbaycanda məktəbli formaları UCUZLAŞDI
11 Avqust 2025 15:33
Məktəbli formaları dəyişəcək? Nazir açıqladı
24 İyun 2025 12:20
Məktəbli formaları belə olacaq FOTO
11 Avqust 2025 15:00
Bugündən etibarən məktəbli formaları ucuzlaşdı
01 İyul 2025 18:04
Baxış sayı:126
Bu xəbər 19 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















