Icma.az
close
up
RU
“Məktəbli formasını bəhanə edərək Azərbaycana hücum etmək yolverilməzdir” AÇIQLAMA

“Məktəbli formasını bəhanə edərək Azərbaycana hücum etmək yolverilməzdir” AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ölkəmizə qarşı aparılan informasiya hücumları yolverilməzdir və qəbuledilməzdir. Hər şeydən öncə, biz, xüsusilə də qonşu dövlətlərlə konstruktiv münasibətlərin inkişafında hər zaman maraqlı olmuşuq, əməkdaşlığın genişləndirilməsi üçün təşəbbüslərlə çıxış etmiş, addımlar atmışıq. Bu gün Azərbaycan məktəblərdə və təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi, ümumiyyətlə, sağlam və geniş dünyagörüşünə malik vətəndaşların yetişdirilməsi istiqamətində töhfə verəcək qərar qəbul edirsə, vahid məktəbli formasının tətbiqinə qərar verirsə, bu, Azərbaycanın daxili işidir".

Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat Elşad Mirbəşiroğlu bildirdi.

Siyasətçi vurğuladı ki, biz bu günə qədər heç bir ölkənin daxili auditoriyası çərçivəsində qəbul etdiyi qərarlara qarışmamışıq, onlarla bağlı mövqeyimizi bildirməmişik:

"Biz tərəfdaşlıq münasibətlərində olduğumuz, xüsusilə də əlaqələrin daim inkişaf etdirilməsində maraqlı olduğumuz dövlətlərin suverenliyinə və onların daxili işlərinə qarışmamaq prinsipinə çox həssas yanaşmışıq. Bu baxımdan, müxtəlif sosial şəbəkələr üzərindən ölkəmizə qarşı edilən hücumlar tamamilə əsassızdır və yolverilməzdir. Düşünürəm ki, bu hallardan istifadə edərək həm Türkiyə, həm də İranla münasibətlərimizin korlanmasına cəhdlər ola bilər. Bunu arzulayan qüvvələr mövcuddur. Bundan əlavə, bu məsələ informasiya təhlükəsizliyi problemini də gündəmə gətirir. Baş verən halların və onların aradan qaldırılması yollarının informasiya təhlükəsizliyinin bir istiqaməti kimi nəzərdən keçirilməli olduğunu düşünürəm. Ümumiyyətlə, biz bu cür hallara yol verilməməsinə çağırırıq".

E.Mirbəşiroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzli çıxış etməsinə belə münasibət bildirdi:

"Bunu kimin səsləndirdiyi və hansı ölkədən səsləndirildiyinin fərqi yoxdur. Bütün hallarda bir ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir. Bir daha qeyd edirəm ki, vahid məktəbli formasının tətbiqi təhsil mühitinin keyfiyyətinə müsbət təsir göstərir. Kontekstdən müəyyən məqamları çıxararaq onların üzərindən ölkəmizə qarşı hücumlar təşkil etmək yolverilməzdir. Bu səbəbdən hesab edirəm ki, kimliyindən və bu halların hansı ölkədə baş verməsindən asılı olmayaraq, Azərbaycana qarşı əsassız hücumlar qətiyyətlə pislənilir və yolverilməzdir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri