Icma.az
close
up
RU
Məktəbli yoldaşları tərəfindən bullinqə məruz qalıb

Məktəbli yoldaşları tərəfindən bullinqə məruz qalıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

90 saylı tam orta məktəbin VI sinif şagirdinin bullinqə məruz qalması ilə bağlı sosial mediada paylaşımlar edilib.

Sosial media istifadəçilərinin biri tərəfindən edilən paylaşımda qeyd olunub ki, sözügedən şagird öz sinif yoldaşları tərəfindən döyülərək yeməyi əlindən alınıb:

"Bir müddətdir qardaşım məktəbdə sinif yoldaşları tərəfindən bullinqə məruz qalıb, lakin bizə deməyib. O, yoldaşları tərəfindən döyülüb, incidilib, tərbiyəsiz hərəkətlərlə şantaj edilib", - deyə paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-də 90 saylı tam orta məktəbin VI sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı sinif yoldaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı araşdırma aparılıb:

"Qeyd olunan şagirdlər və valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib.

Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici işlər aparılır.

Yanvarın 15-də digər şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib.

BŞTİ-nin və Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsi nümayəndələrinin iştirakı ilə aparılmış müzakirələrdə uşaqlar və valideynlər arasındakı anlaşılmazlıq aradan qaldırılıb",- deyə cavabda qeyd olunub.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri