Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunur.
“Cebheinfo.az” xəbər verir ki, əsas məqsəd şagirdlərə məktəbdə əldə etdikləri biliklərin təcrübədə tətbiqi yollarını öyrətmək, gündəlik həyatda necə istifadə olunduğunu göstərmək və təbiət hadisələrini təcrübələr vasitəsilə əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.
“Bilim Bakı” mərkəzində təlimlər “Sahibkarlıq”, “Astronomiya, kosmos və aviasiya”, “Riyaziyyat”, “Dizayn”, “Təbiət elmləri” və “Texnologiya” laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnologiyaya marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















