Icma.az
close
up
RU
Məktəblilər və cinsi təhlükəsizlik: Qorumaq öyrətməklə başlayır

Məktəblilər və cinsi təhlükəsizlik: Qorumaq öyrətməklə başlayır

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün məktəblilərin cinsi təhlükəsizliyi bütün cəmiyyətin üzərinə düşən vacib və təxirəsalınmaz məsuliyyətdir. Texnologiyanın sürətli inkişafı, internetə çıxışın sərbəstləşməsi və sosial medianın hər yaşda istifadəsi artıq uşaqları müxtəlif risklərlə daha erkən tanış edir. Təəssüf ki, bu dəyişikliklərə uyğun olaraq təhsil və valideyn nəzarəti sistemlərində eyni sürətlə dəyişiklik baş vermir.

Cinsi təhlükəsizlik nədir?

Cinsi təhlükəsizlik uşağın və yeniyetmənin öz bədənini tanıması, şəxsi sərhədlərini bilməsi, “xeyirxah toxunuş” və “pis toxunuş” arasındakı fərqi ayırd edə bilməsi, sosial mediada şəxsi məlumatların paylaşılmasının risklərini anlaması və zorakılıq, istismar hallarına qarşı müdafiə olunmasıdır. Bu təkcə cinsi maarifləndirmə deyil, həm də psixoloji hazırlıq, hüquqi biliklər və emosional dəstək prosesidir.

Azərbaycanda cinsi tərbiyə hələ də tabu olaraq qalmaqda davam edir. Cəmiyyətin böyük bir hissəsi bu mövzunu utanılacaq, ayıb və ya "səssizliklə keçiləcək" bir məsələ kimi görür. Valideynlərin çoxu övladları ilə cinsiyyət, bədən sərhədləri və şəxsi təhlükəsizlik mövzusunda danışmağı ya utancverici sayır, ya da bunun üçün doğru zamanın gəlmədiyini düşünür. Bu vəziyyətin kökündə həm mədəni-məişət stereotipləri, həm də cinsi tərbiyənin nə olduğunu bilməmək dayanır. Nəticədə övladlar nəinki öz bədənlərini tanımır, həm də onları gözləyə biləcək təhlükələri də ayırd etmək bacarığını qazanmırlar.

Təəssüf ki, məktəblər də bu məsələdə yetərincə hazırlıqlı deyil. Müəllimlər cinsi tərbiyə ilə bağlı xüsusi təlimatlardan, metodik vəsaitlərdən və psixoloji dəstək alətlərindən məhrum olduqları üçün bu mövzulardan yayınmağa üstünlük verirlər. Cinsi tərbiyə məsələsi bəzən biologiya dərslərinin son səhifələrinə ötəri toxunulan bir mövzu kimi qalsa da, əsas psixososial aspektlər sərhəd hissi, razılıq anlayışı, istismardan qorunma mexanizmləri tamamilə diqqətdən kənarda qalır.

Bu cür susqunluğun nəticələri bəzən olduqca ağır ola bilər. Bəzi hallarda uşaq ailə daxilində fiziki və ya psixoloji istismara məruz qalsa belə, bunun yanlış olduğunu dərk etməyə və ya bu barədə nəyə və kimə deyə biləcəyini bilməyə bilər. Yaşıdları arasında seksual zorakılığa bənzər davranışlara şahid olan və ya onlarla qarşılaşan uşaqlar bu vəziyyəti normal qəbul edə, ya da daxili travma ilə uzun müddət yaşaya bilərlər.

Bundan əlavə, internetin və sosial medianın həyatımıza daxil olması, bu riskləri daha da artırıb. Cinsi tərbiyə almayan və şəxsi sərhədlərin haradan başladığını bilməyən bir uşaq, sosial şəbəkələr vasitəsilə tanımadığı şəxslərlə münasibət qurarkən asanlıqla manipulyasiya oluna və müxtəlif təhlükəli situasiyalara cəlb oluna bilər. “Grooming” adlanan və uşaqları psixoloji yolla inandıraraq onlardan kompromat almaq və ya istismar etmək məqsədi daşıyan üsullar artıq dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da müşahidə edilir.

Valideynlər və məktəb nə etmməlidir?

Mütəxəssislər qeyd edir ki, bu problemi həll etmək üçün bir neçə paralel addım atılmalıdır. İlk növbədə, valideynlərə bu mövzuda maarifləndirici təlimlər keçirilməli, onlara övladları ilə necə ünsiyyət qurmalı olduqları öyrədilməlidir. Yəni, valideynlər əvvəlcə özlərində cinsi təhlükəsizlik mövzusunda tabu və qorxunu aşmalı, övladına bu məsələlərdə danışmalı, ona öz bədəni ilə bağlı məlumatlar verməli, güvənli ünsiyyət qurmalıdır. Bundan başqa valideyn övladına bədəninin toxunulmaz olduğunu izah etməli, heç kimin icazəsiz toxunmamalı olduğunu öyrətməli, “xüsusi yerlər” anlayışını sadə və aydın şəkildə başa salmalı, onunla açıq, qorxutmadan, utanmadan danışmalıdır.

Məktəblərdə cinsi tərbiyə mövzusu, yalnız bioloji aspektlərlə yox, psixoloji və hüquqi aspektlərlə də tədris olunmalı, mütəxəssislərin iştirakı ilə dərsliklər və metodik vəsaitlər hazırlanmalıdır. Bununla bağlı ölkəmizdə bir neçə dəfə təkliflər irəli sürülmüşdü, lakin böyük əskəriyyət buna qarşı çıxmışdı. Vaxtilə sovet dövründə də müəyyən dərsliklərdə bu mövzuya yer ayrılırdı, amma həmin səhifələrin üzərindən keçirilirdi və konkret olaraq tədris olunmurdu: “İnsan və cəmiyyət” adlı dərslikdə də bu mövzularda paraqraflar var idi, amma üstündən keçirilirdi. Bu barədə nə kişi, nə də qadın müəllimləri nəsə danışa bilmirdi.

Dünyanın bir çox ölkəsində cinsi təhlükəsizlik məktəb proqramlarına daxil edilib

Hazırda dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində cinsi təhlükəsizlik və cinsi tərbiyə məktəb proqramlarının ayrılmaz hissəsi kimi tədris olunur. Bu dərslər uşaqlara sadəcə bədənlərinin anatomiyasını öyrətməkdən ibarət deyil, onların əsas məqsədi şəxsi sərhədləri tanıtmaq, razılıq anlayışını aşılamaq, zorakılıq və istismar hallarını tanıya bilmə bacarığını inkişaf etdirmək, uşaq və yeniyetmələrin internetdə necə təhlükəsiz davranmalı olduqlarını aydın şəkildə izah etməkdir.

Bu dərslər vasitəsilə uşaqlara bədənlərinin hansı hissələrinin “xüsusi və toxunulmaz” olduğunu başa salmaq, bu toxunulmazlıq prinsiplərinə hər kəsin, o cümlədən yaxın qohumların, müəllimlərin və ailə dostlarının belə hörmət etməli olduğu vurğulanır. Uşaqlara öyrədilir ki, öz bədənləri üzərində söz sahibi məhz özləridir və istənilən narahat edici davranışa “yox” demək hüququna malikdirlər.

Cinsi təhlükəsizlik dərslərində zorakılıq və istismar halları – istər fiziki, istərsə də emosional və ya onlayn formada – konkret nümunələrlə izah edilir. Uşaqlara bu cür situasiyaları necə tanımaq, kimə və necə məlumat vermək, habelə özlərini təhlükədən necə uzaq tutmaq lazım olduğu tədris olunur. Bu təlimin bir digər mühüm istiqaməti isə kömək istəməyi bacarmaqdır. Uşaqlar öyrənirlər ki, baş verənləri susqunluqla qarşılamamalı, etibar etdikləri bir böyüyə valideynə, müəllimə, məktəb psixoloquna və ya qaynar xəttə müraciət etməlidirlər.

Həmçinin rəqəmsal dövrün reallıqlarını nəzərə alaraq, dərslərin mühüm bir hissəsi onlayn təhlükəsizlik mövzusuna həsr olunur. Uşaqlara izah olunur ki, internetdə şəxsi məlumatları paylaşmaq, tanımadıqları şəxslərlə ünsiyyət qurmaq, şəkil və ya videolar göndərmək riskli ola bilər. Onlara fırıldaqçılıq, şantaj və uşaq istismarı ilə bağlı mümkün texnologiya vasitəli cinayətlər haqqında real həyat nümunələri ilə məlumat verilir və bu hallardan qorunmaq yolları öyrədilir.

Məsələn, İsveç, Finlandiya, Niderland, Kanada, Almaniya və Avstraliya kimi ölkələrdə bu mövzu uşaq bağçalarından başlayaraq yaşa uyğun şəkildə mərhələli olaraq tədris olunur. Bu dərslər sadəcə müəllimlər tərəfindən deyil, xüsusi təlim keçmiş psixoloq və sosial işçilər tərəfindən aparılır. Dərs vəsaitləri isə mütəxəssislər və elmi qurumlar tərəfindən hazırlanır və hər yaş dövrünün psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılır.

Bu sistemlər sübut edib ki, vaxtında və düzgün formada verilmiş cinsi təhlükəsizlik təhsili uşaq istismarı hallarının sayını azaldır, uşaqların öz hüquqlarını bilməsinə, təhlükə anında müdafiə mexanizmlərini işə salmasına və sağlam psixoloji inkişafa böyük töhfə verir.

Əlbəttə ki, Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür. Bunun üçün ilk növbədə cinsi tərbiyə və təhlükəsizlik dərsləri ətrafında olan tabuları sındırmaq, valideynlərə və müəllimlərə maarifləndirici dəstək vermək və bu sahədə milli mütəxəssislərin iştirakı ilə yaşa uyğun kurikulumlar hazırlamaq vacibdir.

Layihə Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Müasir Psixoloji Dəstək” İctimai Birliyinin “Təhlükəsiz gələcək!- Şagirdlərin Təhlükəsizlik hüququnun təmin edilməsi” adlı layihə çərçivəsində dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri