Icma.az
close
up
RU
Məktəblilər və pensiyaçılara nəqliyyat güzəştləri verilə bilər

Məktəblilər və pensiyaçılara nəqliyyat güzəştləri verilə bilər

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox ölkələrdə məktəblilər, pensiyaçılar, müharibə əlilləri ictimai nəqliyyatdan ya pulsuz, ya da güzəştli tariflərlə istifadə edirlər. Əksər ölkələrdə bu sistem çoxdan oturuşmuş vəziyyətdədir və geniş tətbiq olunur.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Ölkəmizdə güzəştli şərtlərlə istifadə praktikası yada düşmür. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir neçə gün öncə metroda və avtobuslarda gedişhaqqını artırsa da, heç kimə güzəşt etmədi. 
Son sosial şəbəkələrdə və ictimiayyət arasında aparılan müzakirələrin iştirakçıları heç olmasa məktəblilərə və yaşlı təqaüdçülərə nəqliyyatda güzəşt olunmasını təklif edirlər.
Sosial sifariş olan bu təklif eşidilə bilərmi? Azərbaycanda da məktəbyaşlı uşaqlar və pensiyaçılar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi mümkündürmü?

Modern.az sözügedən məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, güzəştli gedişhaqlarının tətbiqi üçün ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Qurumdan verilən məlumata görə, sözügedən güzəştlərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər.

“Tarif dəyişikliyi sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidi sürətləndirir”,- AYNA-dan bildirilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə beynəlxalq təcrübədə bu məsələyə tez-tez rast gəlindiyini təsdiqləyib. Onun sözlərinə görə, xaricdə tələbələr, təqaüd alan şəxslər və məktəbyaşlı uşaqlar üçün müxtəlif güzəştli kateqoriyalar mövcuddur ki, onlar nəqliyyatdan xüsusi şərtlərlə istifadə edə bilirlər.

“Müxtəlif ölkələrdə bu sahədə fərqli yanaşmalar mövcuddur. Bu cür güzəştlərin bizim ölkəmizdə də tətbiqi həm mümkündür, həm də arzuolunandır. Xüsusilə, son vaxtlar nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı qərarların qəbul edildiyini nəzərə alsaq, bu daha da aktualdır. Nəqliyyat infrastrukturunun yenilənməsi, əlçatanlığın artırılması və digər məsələlərlə əlaqədar əlavə maliyyə imkanlarının yaradılması məqsədilə gedişhaqqı artımları həyata keçirilir”.

Deputat vurğulayıb ki, hazırda yalnız 5 yaşadək uşaqlar ictimai nəqliyyatdan ödənişsiz istifadə edirlər:

“Lakin 5 yaşdan yuxarı məktəblilər, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan tələbələr, həmçinin təqaüd alan şəxslər üçün də güzəştlərin tətbiqi arzuolunandır. Əvvəllər əmək və müharibə veteranları üçün belə güzəştlər mövcud idi, onlar nəqliyyatdan pulsuz istifadə edə bilirdilər”.

Sədr müavini bildirib ki, bir çox ölkələrdə bu cür sosial qruplar üçün aylıq və illik güzəştli abonentlər təqdim olunur və onlar ilboyu bu imkandan faydalana bilirlər:

“Hesab edirəm ki, bu təşəbbüs bizdə də tətbiq olunmalıdır və bu, həm sosial ədalətin təmin olunması, həm də əhalinin aztəminatlı təbəqələrinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq baxımından vacibdir”.

Müsahibimiz onu da əlavə edib ki, qarşıdakı dövrdə büdcə müzakirələri zamanı bu məsələnin də gündəmə gələcəyini gözləyir:

“Ümid edirəm ki, nəqliyyat sektoruna rəhbərlik edən qurumlar, Tarif Şurası və hökumət bu məsələni də nəzərdən keçirəcək və müsbət qərar veriləcək. Vurğulamaq vacibdir ki, əhalinin aztəminatlı hissəsinin ictimai nəqliyyatdan rahat və əlçatan şəkildə istifadə etməsi üçün bu cür sosial güzəştlərin tətbiqi arzuolunan olmaqla yanaşı, eyni zamanda zəruridir”,- deyə A.Əlizadə qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri