Icma.az
close
up
RU
Məktəblilərin payız tətili günlərində hansı tamaşalar nümayiş olunacaq?

Məktəblilərin payız tətili günlərində hansı tamaşalar nümayiş olunacaq?

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Hər il məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı müxtəlif səhnə əsərləri ilə azyaşlıların görüşünə gəlir. Ənənəyə sadiq qalan teatrın yaradıcı kollektivi bu dəfə də məktəbliləri səhnə əsərləri ilə sevindirəcək. Belə ki, noyabrın 16-dan 20-dək teatrda üç fərqli uşaq tamaşası nümayiş olunacaq. İlk tamaşa “Şirinlər”dir. Quruluşçu rejissoru Elşad Rəhimzadə olan bu səhnə əsəri xüsusilə Yeni il və Novruz bayramlarında böyük maraq doğurur. Tamaşada bir-biri ilə mehriban və şən münasibətdə olan şirinlər ailəsi və Qarqamel kimi şər qüvvəli varlıqlardan bəhs olunur. Tamaşa uşaqlara qarşılıqlı yardımlaşmağı, ailədə mehribançılığı, dostluqda sədaqəti öyrədir, həmçinin darda olan dostlara kömək etmək, humanizm kimi gözəl ideyalar aşılayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Samirə Əşrəf söyləyib.

O, nümayiş olunacaq digər səhnə əsərləri barədə də məluma verib. “İkinci tamaşa uşaq ədəbiyyatının klassiki, danimarkalı yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında hazırlanan “Düyməcik”dir. Quruluşçu rejissoru Ayla Osmanova olan tamaşanın premyerası ötən mövsümdə göstərilib və əsasən azyaşlı uşaqlar üçün nəzərdə tutulub. Zaman-zaman valideynlər də övladları ilə birgə səhnə əsərini izləməyə gəlirlər.

Digər tamaşa “Cırtdanino”dur. Ssenarisi Pərvin Nurəliyevaya məxsusdur və tamaşaya quruluşu Elşad Rəhimzadə verib. Bu əsər məktəblilərin maraqlarına uyğun olaraq hazırlanıb. Tamaşada həm Yer kürəsi, həm də digər planetlərdən bəhs edilir. Hadisələr məşhur nağıl qəhrəmanı Cırtdanın başqa planetdən gələn yadplanetli qız, Nino ilə dostlaşması üzərində qurulur. Onların birlikdə yaşadıqları macəralar milli nağıl elementləri ilə kosmik mövzuları paralel şəkildə birləşdirir”,-deyə mətbuat katibi əlavə edib.

Növbəti uşaq tamaşası “Büllur başmaq”ın premyerasının gələn ay reallaşacağını diqqətə çatdıran S.Əşrəf deyib: “Səhnə əsəri “Küllücə” nağılı əsasında hazırlanıb. Nağılda ögey ana və qızlarının əzab-əziyyəti ilə rastlaşan qızcığazın yaşadığı çətinliklərdən, onun pisliklərə qarşı mətanətlə dözməyə çalışmasından bəhs olunur. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacılar icazə vermir. Lakin, sehrbaz qadının köməkliyi ilə, Küllücə bu ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şahzadə Küllücəyə aşıq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri