Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutuna Sumqayıt İdrak liseyinin bir qrup şagirdinin ekskursiyası təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekskursiyada məktəbin rəhbərliyinin müraciətinə əsasən kimya fənninə xüsusi marağı olan 12 şagird iştirak edib. Ekskursiya zamanı institutun Makromonomer əsaslı polimer materiallar, Elektro və bioaktiv роlimеr materialları laboratoriyalarında və Fiziki-kimyəvi analiz şöbəsində istifadə olunan cihaz və avadanlığın iş prinsipləri haqqında məlumat verilib, məktəblilərin maraqlarına uyğun əyani təcrübələr nümayiş olunub, onların sualları cavablandırılıb, institutun tarixi, alimləri və nailiyyətlərindən bəhs edilib.
Gənc nəslin elmə marağını artırmaq məqsədilə təşkil olunan ekskursiya elm və təhsilin inteqrasiyası, elmin təbliği, məktəblilərin elmi tədqiqat işlərinə maraqlarının artırılması, istedadlarının aşkar olunaraq inkişaf etdirilməsi və gələcək peşələrinin seçimi baxımından xüsusilə əhəmiyyətlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















