Icma.az
close
up
RU
Məktəblini müəllimini vurmağa vadar edən gizli səbəb AÇIQLAMA

Məktəblini müəllimini vurmağa vadar edən gizli səbəb AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıdakı özəl təhsil müəssisələrindən biri olan “İdrak” liseyində qanlı hadisə yaşanıb. 10-cu sinif şagirdi hələlik tam bəlli olmayan səbəbdən müəlliminə silahdan atəş açıb. Güllə yarası alan müəllim təcili olaraq xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Məktəbdəki digər şagirdlər və müəllim heyəti baş verən insidentdən sonra həyəcan keçirib.
Hadisənin pərdəarxası isə daha dərin problemlərdən xəbər verir. Sosioloq Sevinc Qasımova Demokrat.az-a məsələni şərh edərkən bildirib ki, bu, sadəcə bir yeniyetmənin anlıq cinayəti yox, cəmiyyətdə yığılıb qalan rəqəmsal və ailə daxili problemlərin partlayışıdır. Ekspertin fikrincə, virtual dünyada zorakı məzmunlu oyunlara aludə olan uşaqlar üçün real həyatla oyun arasındakı sərhəd itir. Silahlı hücumları ekranlarda "problemin həlli yolu" kimi görən yeniyetmələr eyni davranışı real mühitə, hətta öz müəllimlərinə qarşı tətbiq etməkdən çəkinmirlər.
“Sosial şəbəkələr və bəzi kompüter oyunları uşaqlara zorakılığı adi və ya problemin həlli yolu kimi təqdim etdikdə, xüsusilə yeniyetmə yaşında olan şagirdlər bunu real həyata daşıya bilirlər. Yeniyetmələr hələ emosiyalarını idarə etməyi tam bacarmır və aqressiyanı düzgün yönəldə bilmirlər. Digər tərəfdən, valideynlərin övladların virtual mühitdə nə izlədiyini bilməməsi riski daha da artırır. Sosial şəbəkələrdə müqayisə, təzyiq və zorakı məzmun yeniyetmənin psixikasını daha da kövrək edir. Bu gərginlik isə aqressiya və impulsiv davranışlarla nəticələnə bilər”. 
Onun sözlərinə görə, oyun və sosial media asılılığı yeniyetmənin sosial bacarıqlarının inkişafını ləngidir:
“Real ünsiyyətin azalması empati hissinin zəifləməsinə səbəb olur. Valideyn nəzarətinin olmaması bu təsirləri daha da gücləndirir. Uşağın hansı oyunları oynadığı və hansı məzmunu izlədiyi çox vaxt diqqətdən kənarda qalır. Sosial şəbəkə və oyunlar tərbiyəedici rol alaraq ailə və məktəbin yerini qismən doldurur. Bu səbəbdən bu sahədə ciddi maarifləndirmə və nəzarət mexanizmlərinə ehtiyac var. Uşaqlar bəzən real həyatda da özlərini oyunun içində hiss edirlər. Onlar üçün sərhədlər itə bilər və təhlükənin fərqinə varmırlar. Bu gün baş vermiş hadisə bizə bir daha göstərdi ki, heç kim belə hallardan sığortalanmayıb. Bu, hər bir valideynin başına gələ biləcək bir vəziyyətdir. Məhz buna görə valideynlər diqqətli olmalı, uşaqları nəzarətsiz şəkildə telefon və virtual mühitin ixtiyarına buraxmamalıdırlar. Övladlara telefon vermək yalnız valideyn rahatlığı üçün olmamalıdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri