Məktəblinin çənəsini sındıran yeniyetmə ilə bağlı qərar verildi
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Sakit Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 01 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Sakit Məmmədov birlikdə oxuduğu Səbail rayonu 51 saylı tam orta məktəbdə zərərçəkmiş İlqar Əsədovda (şərti) məktəbdə digər şagirdlərin onunla zarafat etməsinə gülüb. Bu zaman zərərçəkmiş təqsirləndirilən şəxsə irad bildirib. Sonra Sakit onu cəzalandırmaq məqsədilə görüşə dəvət edib. Elektrik şitinin arxasında boş sahədə görüşən məktəblilər dava edib. Sakit xuliqanlıq niyyəti ilə qəsdən yumruğu ilə İlqarın sifət nahiyəsinə zərbə vurub. Nəticədə zərərçəkmişin alt çənəsi sınıb.
Hadisədən sonra Sakit Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi və qanuni nümayəndəsi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.\
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Yanvar 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















