Icma.az
close
up
RU
“Məktəblinin dostu şagirdlərin səsi rolunu oynayır” EKSPERT ŞƏRHİ

“Məktəblinin dostu şagirdlərin səsi rolunu oynayır” EKSPERT ŞƏRHİ

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məktəbli dostu layihəsi məktəblərdə şagirdlərin sosial mühitdə özünü rahat hiss etməsinə və dərsdənkənar problemlərin həllinə dəstək verir.

Bu layihədə məktəbli dostu şagirdlərin üzərində hansı rolu oynayır və gələcəkdə layihənin perspektivi varmı?

Həmçinin, məktəbli dostu işə qəbul olunarkən özünü inkişaf etdirmək üçün xüsusi təlimlərdən keçir?

Gununsesi.info-ya danışan təhsil eksperti Rizvan Fikrətoğlu mövzunu belə şərh edib:

“”Məktəblinin dostu” layihəsi Azərbaycanda bir neçə ildir tətbiq olunur və əsas məqsədi məktəblərdə şagirdlərin sosial mühitdə özünü rahat hiss etməsinə, dərsdənkənar problemlərin həllinə, həmçinin valideyin-müəllim-şagird əlaqələrinin daha sağlam qurulmasına dəstək verməkdir.

Bu proqram bir neçə aspektdə fəaliyyət göstərir. Məktəbli dostu şagirdlərə psixoloji dəstək göstərir, adaptasiyanı asanlaşdırır, məktəb daxili nizam-intizamın qorunmasına kömək edir, sosial layihələr və tədbirlər təşkil edir və valideynlərlə əlaqə quraraq şagirdlərin hüquqlarını qoruyur.

Şagirdlər bəzən ailə və sosial mühit, həmçinin dərs yükü ilə bağlı çətinliklərlə üzləşir. Belə hallarda məktəbli dostu məktəb psixoloqu ilə birlikdə dəstək göstərir. O, inzibati nəzarətçi deyil, amma şagirdlərin qaydalara əməl etməsi, dərsdən yayılmaması və zərərli vərdişlərdən uzaq durması üçün marifləndirici söhbətlər aparır”.

Rizvan Fikrətoğlu vurğulayıb ki, məktəbli dostu həmçinin şagirdlərin dərsdənkənar mədəni və idman fəaliyyətlərində iştirakını təşkil edir, valideynlərlə təmas qurur və uşaqların davranış problemlərinin həllinə vasitəçilik edir:

“Beləliklə, məktəbli dostu şagirdlərin səsi rolunu oynayır, onların hüquqlarının qorunmasına və zorakılıq hallarının qarşısının alınmasına nəzarət edir.

Layihənin uğuru isə seçilmiş kadrların peşəkarlığından və şagirdlərlə ünsiyyət bacarıqlarından asılıdır. Əgər məktəbli dostu yalnız nəzarətçi kimi qəbul olunarsa, layihənin effektivliyi azalır. Buna görə də, işə qəbul zamanı yalnız ali təhsil deyil, həm də xüsusi təlimlər tələb olunur.

Bu təlimlər uşaqların psixologiyası, pedaqogikası, konfliktlərin həlli, şagirdlərlə ünsiyyət bacarıqları, etik davranış qaydaları və ilk tibbi yardım kimi sahələri əhatə edir.

Təlimlər daimi olaraq yenilənir, çünki məktəb mühitində qarşıya çıxan problemlər dəyişir. Beləliklə, məktəblinin dostu layihəsi düzgün icra olunarsa, məktəb həyatının keyfiyyətinə real təsir göstərə bilər, amma uğur peşəkar və sistemli dəstək mexanizmlərinə bağlıdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri