Icma.az
close
up
RU
Məktubla başlayan rəqəmsal yol Azərbaycan poçtunun uğurlu transformasiyası

Məktubla başlayan rəqəmsal yol Azərbaycan poçtunun uğurlu transformasiyası

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan poçtu bugünkü inkişaf mərhələsinə çətin və şərəfli tarixi yol keçməklə çatıb. 500 il əvvəl Səfəvilər dövründə ilk milli poçtalyonlarımız olan atlı qasidlər perqamentə yazılmış məktubları ünvanına yetişdirirdi. Dünyanın ən böyük məktubu da həmin dövrdə Azərbaycandan göndərilmişdi. Səfəvi şahı I Təhmasibin Osmanlı sultanı Süleyman Qanuniyə göndərdiyi 10 metr uzunluğu, 7 metr eni olan perqament üzərində yazılmış məktub hazırda Ankara Milli Muzeyində saxlanılır.

... Bir neçə əsr davam edən bu cür məktublaşma rabitəsi sənaye cəmiyyətinin qurulması sayəsində  XIX əsrdə poçtun həqiqi fiziki simasını formalaşdırdı. 1818-ci il Gəncə şəhərində qapılarını açan kontorla Azərbaycanda ilk poçtun əsası qoyuldu. Səkkiz il sonra, 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt bürosu təşkil edildi. 1861-ci ildə ilk dəfə Xəzər dənizi ilə Qafqazdan İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi həyata keçirildi. Poçtun dəmiryolu ilə daşınmasını isə 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə Bakı-Dərbənd qatarları ilə gerçəkləşdi. Beləliklə, klassik poçt arxitekturası formalaşmağa başladı.

1918-ci il oktyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində Poçt və Teleqraf Nazirliyinin yaradılması ilə milli poçt təsisatının strategiyası müəyyənləşdi. Ancaq cümhuriyyətin itirilməsi milli poçtumuzu 70 il SSRİ poçtamtının tabeliyində saxladı.

Üçkünc məktublardan Zəfər məktublarına...

Azərbaycan poçtunun ən ağrılı və məsuliyyətli, bununla bərabər  şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. İntizarla cəbhədən məktub gözləyən ata və anaların, oğul dərdindən başqa bir dərdi olmayan anaların “Balam hanı?”sual dolu baxışları, hər qapı döyüləndə “Oğlumdan bəlkə məktub var!” həyəcanı poçtalyonları üzür, həyatlarında sarsıntı yaradırdı. Onlar “Məktub olmasa, bir də sən bu həyətə gəlmə!” tənələri altında işləyirdilər. Min bir əzabla gətirdikləri üçkünc məktubları çatdırdıqda özləri də “ölüb-dirilirdilər”. 

Müharibə bitdikdən sonra poçtalyonların da üzərindən sanki ağır yük götürüldü, onlar hər qapını ürəklə döyərək sifarişləri yetişdirirdilər.  Azərbaycan poçtu bu dövrdə durmadan inkişaf edir, fiziki xidmət strukturlarını genişləndirirdi. Poçtumuzun həmin dövrdə ən yüksək inkişaf mərhələsi 70-ci illərə təsadüf edir, Ulu öndər Heydər Əliyevin poçt sahəsinə xüsusi diqqət ayırması infrastrukturu genişləndirdi və 300-dən çox poçt şöbəsi binası tikilib istifadəyə verildi. Bu möhkəm baza sonrakı illərdə, müstəqilliyini bərpa edən Azərbaycanın poçt sənayesinin dayanıqlı işini qoruyub saxladı.

“Zəfər məktubu var”...

Azərbaycanın qədim sivilizasiya məkanı olan Qarabağ bölgəsi ilə məktublaşma da milli poçt tariximizin qürurlu səhifələrindəndir.  Poçt kontorlarımızun ilklərindən birinin 1830-cu ildə Şuşa şəhərində qurulması da təsadüfi deyildi, bu bölgə ictimai-mədəni həyatın qaynar guşəsi kimi xəbərləşmə, sənəd daşınmasında aparıcı yerlərdən birini tuturdu. Şuşadan Zəngəzura, İrəvana, Göyçəyə məktublar ünvanlanır, ismarıclar qəbul olunurdu.

160 il davam edən sərasər bu poçt rabitəsi milli xəyanətin qurbanına çevrilərək 30 il əvvəlki fasiləsizliyini dayandırdı, 1992-ci il mayın 8-də Şuşada sonuncu məktub yola salındı. Şəhəri son tərk edənlərdən biri - Poçt şöbəsinin müdiri İradə Ağamirova bu dəfə özü məktub yazmağa məcbur oldu: “Bağışla, səni sevirəm, gözləyirəm”.

Şuşa işğal edildikdən sonra könüllü olaraq cəbhəyə yollanan İradə xanım əsil qəhrəman kimi şücaət göstərdi, əsgər məktubları yazaraq qələbə ümidlərini itirmədi. Onun 30 illik intizarı sona çatdı və poçtumuzun ən şanlı və qürurlu səhifəsi tarixi Zəfər və sonrakı günlərdə Azərbaycana dost və qardaş ölkələrdən Ali Baş Komandana və Xalqımıza Qələbə münasibətilə ünvanlanan Təbrik məktubları ilə yaddaşlara yazıldı. Bu, iftixardolu anlar məktəblilərin “Zəfər məktubu var” layihəsində öz parlaq təcəssümü ilə daha da zənginləşdi. “Azərpoçt”un Zəfər günü ilə bağlı poçt bloku nəşr etməsi isə poçtumuzun şanlı salnaməsinə yeni səhifə yazdı.

İradə Ağamirova 30 il sonra erməni vəhşiliyinin qurbanına çevrilmiş, ancaq əvvəlkindən daha yaraşıqlı, daha müasir xidmət infrastrukturu ilə yenidən qurulmuş Şuşa Poçtuna geri döndü.  2025-ci ilin ilk ayından istifadəyə verilən Zəfər küçəsindəki AZ5800 indeksli poçt filialında universal poçt xidmətlərinin fədakar  təşkilatçısı kimi çalışmağa başladı. İki ay əvvəl dünya şöhrətli MTP (Most Traveled People) Beynəlxalq Səyahətçilər Klubunun 30 nəfərlik heyətinin Şuşa Poçtundan Avropa və Amerikaya məktublarını göndərmək də ona nəsib oldu.

Poçtlar həm də bank və maliyyə təşkilatı kimi çalışır

Azərbaycanın poçt sənayesi son 30 ildə yeni əsrin sürətli transformasiyasına qoşularaq rəqəmsal iqtisadiyyatın atributlarından birinə çevrilib. Kuryer, logistika, bank, sığorta, nəqliyyat , kommersiya  xidmətləri göstərməklə güclü maliyyə-logistika  landşaftı qurub.  Ümumdünya Poçt İttifaqının statistikasına əsasən, qlobal poçt ailəsinin üzvü olan operatorların 90 faizindən çoxu rəqəmsal xidmətlərə keçidi təmin edə bilib.  Sözsüz ki, onlardan biri də Azərbaycanın milli poçt operatoru - “Azərpoçt” MMC-dir. Bu qurum ənənəvi biznes modelini yeni modellərə transformasiya edib, poçt arxitekturasını büsbütün rəqəmsallaşmaya uyğunlaşdırmaqla  heyrətamiz dəyişikliklərə imza atıb.

2005-ci ildən “IFS/STEFI” beynəlxalq pulköçürmələri sisteminə qoşulan “Azərpoçt” 2010-cu ildə Mərkəzi Bankın maliyyə xidmətlərinin göstərilməsi üzrə xüsusi razılıq (lisenziya) sənədini almaqla, daha nəhəng ödəniş  platformaları yaradıb. Milli ödəniş sistemlərində  (XÖHKS, AZİPS, HÖP-ə və s) fəal oyunçuya və maliyyə tərəfdaşına çevrilib, beynəlxalq ödəniş sektorunda isə “SWIFT”, “MasterCard”, “VİSA”) əhatəli maliyyə xidmətləri göstərməklə sanki banklarla rəqabətə girib. “İnternet bankçılıq”  bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verən unikal platforma kimi çıxış edir.

Dünya Bankı (DB) ilə icra olunmuş “Maliyyə xidmətlərinin inkişafı” layihəsi “Azərpoçt”un xidmət şəbəkəsini daha da gücləndirmiş, elektron ödənişlər və maliyyə çeşidləri (depozit, pul köçürmələri, debit kartlarının emissiyası və s) üzrə fəaliyyətini genişləndirib. 

“VİSA” ödəniş sisteminin tamhüquqlu üzvü olan MMC hazırda kart emissiyasının aktiv təmsilçisidir. “Agent bankçılıq” layihəsi paytaxt və regionlarda əhali, kiçik və orta biznesin bütün maliyyə ehtiyaclarını təmin edir. “Mobil POS” xidməti isə POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsinə imkan verir, habelə ən ucqar kənd yerlərində qurulan ödəmə terminalları nağdsız ödənişləro təmin edir. Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulmuş poçt şöbələri də bank və maliyyə xidmətlərinin fasiləsiz göstərir.

“Azərpoçt” nüfuzlu bank institutlarının da etibarlı partnyorudur. Türkiyənin “Aktif Bank”da müxbir,  İsveçrənin “BCP bank”ında hesablar açılması MMC-nin maliyyə təşkilatları ailəsində nüfuzunun göstəricisidir.

“İtmiş” məktublar necə tapılır?

“Azərpoçt”un rəqəmsal transformasiyaya keçidində Asan Mərkəz adlandırıla biləcək “Şəbəkə” xidmətinin  fəaliyyəti də əsaslı dönüş nöqtələrindən biridir. 2017-ci ildən fəaliyyətə başlayan “Şəbəkə” mərkəzləri telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, aviabiletlərin satışı, turizm üzrə xidmətləri, beynəlxalq ödəniş kartlarını təqdim edir, icbari sığorta, pulköçürmələri, büdcə ödənişləri, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatını həyata keçirir, habelə “Elektron imza”nı təmin edir.

... “Azərpoçt” itmiş məktubları da öz sahibinə təhvil verir. Məşhur “Poçt qutusu” əsərində Vəli xanın İrəvana göndərdiyi “itmiş məktub” indi öz ünvanına çatdırılır. “Poçtap” xidməti bu işi operativ yerinə yetirir. “SMS-bildiriş” xidməti isə beynəlxalq poçt göndərişlər barədə məlumatları müştəriyə çatdırır. “IPS.Post” izləmə sistemi şəffaflığın göstəricisi kimi poçtumuzun müasir uğurlarından biridir.

Elektron ticarət dəhlizində iddialı və etibarlı tərəfdaş

Dövlət başçısının  2021-ci ilin aprel ayında imzaladığı “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” müvafiq fərmanı “Azərpoçt”un öz fəaliyyətini tamamilə rəqəmsal ekosistemə transformasiya etməsində növbəti mühüm mərhələnin əsasını qoydu. Ölkənin bütün ərazisində geniş avtomatlaşdırılmış elektron xidmət şəbəkəsi zənciri quruldu. Tranzit Poçt Mərkəzində  (HUB) yer alan MMC elektron ticarət mübadilələrində  rolunu artırdı. Rəqəmsal dəhlizin fəal üzvü kimi 15-dən çox ölkəyə poçt göndərilməsi təmin edildi.

“Azərpoçt” və “Azexport.az” arasında 2021-ci ildə imzalanmış memoranduma əsasən, fərdi sahibkarlar arasında nağdsız ödənişlərin daha da genişləndirilməsi imkanları yaradılıb.  2023-cü ildən istifadəyə verilən “Post Cargo”  xidməti Türkiyənin e-ticarət platformalarından sifarişləri ən sərfəli tariflərlə ünvana çatdırır, rayonlara daşınma üçün üçün əlavə ödəniş tələb etmir. “Post Cargo”nun yeni hədəfi ABŞ, Almaniya və digər ölkələrin e-ticarət platformalarına qoşulmaqdır ki, bu istiqamətdə fəal iş aparılır. Bu xidmət artıq Qarabağda da istifadəyə verilməkdədir.

Dünyanın ən nəhəng ticarət platformaları ilə əməkdaşlıq “Azərpoçt”un  “Alibaba”, “Amazon” kimi qlobal e-ticarət bloklarına da inteqrasiyasına nail olacağından xəbər verir.

Dünya Poçt Liderləri ailəsinin layiqli üzvü...

Rəqəmsal poçt sektoru daim yeniliyi tələb edir, daha unikal xidmətlər meydana çıxır. Almaniyanın “DHL” poçtdaşıma xidməti artıq “PostBOT” və “Parcelcopter” robotları ilə poçtalyonluq edir. Sinqapur və Avstraliyada da bu model tətdiq edilir. Finlandiya yeni nəsil poçt xidmətlərinə can atır. ABŞ-da pilotsuz təyyarələr - “DPDgroup” dronları 15 kilometr marşrut üzrə poçtun daşınmasını yerinə yetirir və “Amazon” şirkəti də bu sxemə qoşulub.

Poçtalyonlar məktubla bərabər, internet-mağazalardan yemək çatdırılması, zibil daşınması xidmətlərinə də cəlb edilir. Bəzi dövlətlərdə hətta poçtlar onlara bağlı olmayan peşələrə də qoşulur, məsələn, xəstə baxıcılığı, əlillər, yaşlılar, müxtəlif sosial qruplara qulluq və digər çeşidlər üzərində tədqiqlər davam etdirilir.

Dünya poçt ailəsində bütün yeniliklərə açıq olan “Azərpoçt” potensial bazaya və rəqəmsal gücə malik olduğundan yeni poçt sənayesi quruculuğundan kənarda qalmayacağı şübhə doğurmur.  63 Poçt filialı, 7 Rabitə qovşağı, 3 törəmə müəssisəsi, 1497 poçt şöbəsi və 84 Poçt agentliyi mövcud olan “Azərpoçt”un Dünya Poçt Liderləri Ailəsində layiqli yer tutması bu əminliyi artırır.  Əbəs yerə deyil ki, Ümumdünya Poçt İttifaqının sürətli poçt xidmətlərinin keyfiyyətinə görə, “Azərpoçt” 160 ölkənin operatoru arasında ardıcıl 9 dəfə Qızıl sertifikata layiq görülüb.

2025-ci il mayın 13-15-də Bakıda keçirilən “Poçt Liderləri Forumu” isə bir daha Azərbaycanın poçt operatorunun rəqəmsal transformasiyaya keçiddə bir daha layiqli yerini təsdiqlədi.

ELBRUS CƏFƏRLİ

Məqalə “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri