Məlahət Abbasova: Rasim Balayev mənim sənət yaradıcılığımda böyük rol oynayıb
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan, ölkəmizin sənət ictimaiyyəti üçün çox ağır itkidir. Yeri doldurulmayacaq bir əfsanə getdi bu dünyadan. Onun ölümü mənim üçün çox böyük itkidir. O, mənim sənət yaradıcılığımda böyük rol oynayıb. Rasim Balayevlə birgə rol oynamaq məni zirvələrə qaldırdı.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İstanbulda Azərbaycan mətbuatına açıqlamasında Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova səsləndirib.
Rasim Balayevlə mütəmadi olaraq əlaqə saxladıqlarını qeyd edən aktrisa deyib: "Biz əlaqəmizi heç bir vaxt kəsmədik. Ötən il Türkiyənin "Now tv" kanalında yeni serial çəkilişlərinə başlanacaqdı. Orada Rasim müəllimin çəkilməsini xüsusi olaraq istədilər. Rasim müəllimlə əlaqə saxladım, mətni də göndərdik. Bütün bayramlarda danışırdıq. Hətta son dəfə yeni ildə danışmışdıq. Mənə bir səs yazısı göndərdi, o səs hələ də qalır. Son günlərdə heç kiminlə görüşmək istəmirdi", - deyə Məlahət Abbasova vurğulayıb.
Baxış sayı:511
Bu xəbər 29 Mart 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















