Melania Tramp sənədli filmi gəlir
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında sənədli film çəkilir. Amazon tərəfindən istehsal olunan sənədli filmin rejissoru Brett Ratner olacaq. Tramp da sənədli filmin prodüserləri arasında yer alacaq.
Sherg.az xəbər verir ki, Birinci xanımın həyatının pərdəarxası "görünməmiş" görünüşünü təqdim edəcək sənədli film həm kinoteatrlarda, həm də rəqəmsal platformalarda tamaşaçılarla görüşəcək.
Çəkilişlərinə ötən ay başlanan sənədli filmin bu ilin ikinci yarısında tamaşaçıları ilə görüşü planlaşdırılır.
2017-ci ildən bəri heç bir Hollivud layihəsində yer almayan rejissor Ratner altı qadın tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Daha sonra keçmiş köməkçisi tərəfindən zorlamada ittiham olunan Ratner ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
55 yaşlı Brett Ratner “Rush Hour” serialı, “X-Men: The Last Stand”, “Qırmızı Əjdaha” və “Hercules: Freedom Fighter” kimi əsərləri ilə tanınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:249
Bu xəbər 06 Yanvar 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















