Melaniya Tramp uşaqlıqdan qalan həvəsini açıqladı
Lent az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın birinci xanımı Melaniya Tramp uşaqlıq illərindən avtomobillərə və avtoyarışlara xüsusi maraq göstərdiyini bildirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı Melaniya Tramp bu barədə Vaşinqtonda keçirilən “IndyCar Freedom 250” Qran-prisi zamanı “Fox Sports”a verdiyi canlı müsahibədə danışıb.
O bildirib ki, avtomobillərə və sürətə marağını onda atası formalaşdırıb. Onun sözlərinə görə, uşaqlıq illərində atasının “Maserati”, “Cougar”, “Mustang” və “Mercedes” kimi müxtəlif avtomobilləri olub. Məhz atasının sayəsində o, avtomobil dizaynı, mexanika və sürət haqqında məlumat əldə edib.
Melaniya Trampın atası Viktor Knavs Sloveniyada avtomobil sahəsində çalışıb. Onun uşaqlığı da bu ölkədə keçib. Tramp bildirib ki, atası onda yalnız avtomobillərin xarici görünüşünə deyil, onların necə işləməsinə də maraq yaradıb.
Melaniya Tramp tədbir zamanı “Fostering the Future” təşəbbüsündən də danışıb. Proqram himayədar ailələrdə böyüyən gənclərin təhsil almasına dəstək verir. Bu təşəbbüsə yaxın zamanda “IndyCar” və “Fox Corporation” tərəfindən 2 milyon dollar ianə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Avqust 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















