Icma.az
close
up
RU
“Mələklər şəhəri” cəhənnəmə çevrildi Foto

“Mələklər şəhəri” cəhənnəmə çevrildi Foto

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 7-də ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində başlayan yanğın gərgin cəhdlərə baxmayaraq, “mələklər şəhəri”ni cəhənnəmə çevirib.

Teleqraf.com xəbər verir ki, güclü külək səbəbindən təsirini artıran yanğın sürətlə böyüyərək, Hollivud ulduzlarının evləri və dəbdəbəli malikanələr də daxil olmaqla 10 min tikilini məhv edib.

Los-Anceles meri Karen Bass genişmiqyaslı yanğınlara küləyin səbəb olduğunu deyib.

Los-Anceles Xilasetmə Xidmətinin rəisi Kristin Krouli də yanğını hələ də nəzarət altına ala bilmədiklərini açıqlayıb. Onun sözlərinə görə, alovlar 27 min hektardan çox ərazini yandırıb, bu da təxminən 20 min futbol sahəsinə bərabərdir.

Bütöv bir şəhəri külə çevirən yanğına bir qığılcımın səbəb olduğu bildirilir.

Los-Anceles Yanğınlarla Mübarizə Departamenti ştatlardan gələnlər və federal yardımlar da daxil olmaqla, ümumilikdə 12 helikopter və 6 təyyarə ilə yanğının söndürülməsi işlərinin davam etdiyini bəyan edib.

BBC-nin məlumatına görə, aidiyyəti qurumlar yanğınlarla mübarizəyə 4700 zabit, 1800 məhbus könüllü də cəlb edilib.

Los-Anceles polisi şəhərin Vudlənd Hilz rayonunda yanğın törətməkdə şübhəli bilinən bir şəxsi saxladıqlarını açıqlayıb. İddiaya görə, yanğın həmin şəxsin ocaq qalamaq cəhdləri ilə başlayıb.

Polis istintaqın davam etdiyini və şübhəlinin hazırda hər hansı yanğınla əlaqəsini təsdiq edə bilmədiklərini vurğulayıb.

Los-Anceles hüquq-mühafizə orqanları həftənin əvvəlindən başlayan yanğınlardan sonra 20 nəfərin talançılıq ittihamı ilə nəzarətə alındığını açıqlayıb.

Səlahiyyətlilər 180 min nəfər üçün təxliyə əmri, təxminən 200 min nəfər üçün də təxliyə xəbərdarlığı veriblər. Rəsmilər davam edən yanğınlar səbəbindən şəhərdə təbii qazın kəsildiyini, nəqliyyat və kanalizasiya sistemlərinə ciddi ziyan dəydiyini söyləyiblər.

Aidiyyəti qurumlar vətəndaşlara suyu qaynadıb içmək barədə də xəbərdarlıq edib.

Los-Anceles ştatının rəhbərliyi günlərdir davam edən yanğınlar nəticəsində 10 nəfərin həyatını itirdiyini açıqlayıb.

ABŞ Prezidenti Bayden Los-Ancelesdəki yanğınlarla mübarizə ilə bağlı Ağ Evdə mətbuat konfransı keçirib. Bayden yanğınlarla mübarizə üçün bütün imkanlarını səfərbər etdiklərini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri