Icma.az
close
up
RU
Məleykə Abbaszadə hansı məşhurun gəlini olub? maraqlı faktlar

Məleykə Abbaszadə hansı məşhurun gəlini olub? maraqlı faktlar

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 ildir bu qurumun rəhbərliyində təmsil olunur.

Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinin məzunudur. Texnika elmləri namizədidir.

Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib.

2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib.

İki övlad anasıdır. 

Milli.Az xəbər verir  ki,CityPost.az-ın əldə etdiyi xəbərə görə,Məleykə Abbaszadə Xalq yazıçısı,məşhur "General" romanının müəllifi   "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub.Abbaszadə soyadını O,birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib.M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar.İlqar  Abbaszadə  biologiya elmləri namizədidir.Hazırda ABŞ-də yaşayır.Pedaqoji fəaliyyətlə məşğuldur.

Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb.O,2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.

Qeyd edək ki, İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub. Qızı Lina, oğlu Mikayıl isə ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.

Digər qızı Nərgiz Abbaszadə  1976-cı ilin avqust ayının 7-də Bakıda doğulub.

Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.

16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib.

Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb.

Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib.

Azərbaycanca, danimarkca,  ingiliscə və rusca danışa bilən Birk-Petersen müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Fevral 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri