Məleykə Abbaszadə: Təhsilə maliyyə vəsaiti büdcəyə qənaət üçün ayrılmayıb
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Magistratura qəbul zamanı boş qalan dövlət sifarişli yerlər istiqamətlər üzrə paylanıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, maliyyə vəsaiti insanların təhsil almaları üçün ayrılıb:
"Müəyyən ixtisaslar var ki, onlarda müsabiqə vəziyyəti daha yüksəkdir. Bəzi ixtisaslarda isə müsabiqə vəziyyəti elə də yüksək deyil.
Magistraturada da, bakalavriat səviyyəsində də adambaşı maliyyələşdirmə həyata keçirilir. Hər bir proqram üzrə bizə dövlət proqnoz planı verir ki, neçə nəfər dövlət hesabına oxuya bilər. Biz bu yerləşdirməni apardıqdan, müsabiqə yekunlaşdıqdan sonra müəyyən ixtisaslarda dövlət sifarişli boş yerlər qalır. Məsələn, kənd təsərrüfatı tipli ixtisaslar.
Müəyyən ixtisaslarda isə dövlət sifarişli yerlər dolub və tələbələrin bir qismi ödənişli əsasla qəbul olub. Təhsilə maliyyə vəsaiti büdcəyə qənaət üçün ayrılmayıb. Bu səbəbdən Elm və Təhsil Nazirliyi (ETN) ilə razılaşma əsasında həmin boş qalan dövlət sifarişli yerləri istiqamətlər üzrə payladıq. Bu yerlər ixtisas yerləri deyil, ödənişsiz təhsil almaq hüququdur.
Biz bakalavriat əmrlərini də bu yaxınlarda göndərdikdən sonra da ETN ilə müzakirə edəcəyik. Baxacağıq ki, hansı istiqamətlərdə dövlət sifarişli boş yerlər qalıbsa, maliyyə vəsaitindən istifadə etmək üçün hansısa yerləşdirmə aparacağıq".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 26 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















