“Melissa Group”un rəsmi internet səhifəsi fəaliyyətini dayandırdı Şirkətdən rəsmi açıqlama
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
“Melissa Group”un rəsmi internet səhifəsinin fəaliyyətində problem yaranıb, hazırda sayt giriş mümkün deyil.
Bakupost.az xəbər verir ki, “Melissa Group”dan bildirilib ki, hazırda texniki problemlərdən dolayı şirkətin internet səhifələri fəaliyyət göstərmir.
Qeyd olunub ki, problem həll olunduqdan sonra saytlar aktivləşəcək.
"Sayt neçə gündür fəaliyyətini dayandırıb və bu Alatavadakı hadisə ilə bağlı ola bilərmi?" sualına isə cavab belə oldu:
"Biz bu barədə danışa bilmərik. Qeyd etdiyim kimi, texniki problem həll olunduqdan sonra sayt işə başlayacaq".
Ancaq şirkət texniki problemin mahiyyəti ilə bağlı suala cavab verməkdən imtina edib.
Xatırladaq ki, ötən gün saat 11 radələrində "Melissa Group" şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlər olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.
Baxış sayı:114
Bu xəbər 28 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















