Icma.az
close
up
RU
“Melissa” qasırğası 3 cü kateqoriyaya qədər zəiflədi Təfərrüatlar

“Melissa” qasırğası 3 cü kateqoriyaya qədər zəiflədi Təfərrüatlar

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Atlantik okeanında meydana gələn Melissa tropik qasırğası Saffir-Simpson külək şkalası üzrə 3-cü kateqoriyaya qədər zəifləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, qasırğa 17 km/saat sürətlə şimal-şərqə doğru irəliləyir və Kubanın Quantanamo körfəzindən 130 km cənub-qərbdə yerləşir. Fırtına daxilində küləyin maksimal sürəti 57 m/s-ə çatır.
“Melissa” qasırğası daha çox Yamaykanı vurub. Belə ki, qasırğa Saffir-Simpson külək şkalası üzrə 5-ci kateqoriyaya qədər yüksəlib. Küləyin maksimal sürəti saniyədə 82 metri ötüb (295 km/saat).  Həmçinin, Yamaykada “Melissa” qasırğası 3 nəfərin ölümünə səbəb olub. Bundan əlavə, daha 13 nəfər xəsarət alıb. Sahilyanı ərazilərdən əna azı 15 min sakin təxliyə edilib.
Qasırğa ilə əlaqədar Yamaykanın paytaxtı Kinqstonda hava limanı bağlanıb. Digır tərəfdən, Yamayka hakimiyyəti ölkəni fəlakət zonası elan edib.
“Melissa” qasırğasından sonra Yamaykada təxminən 540 min ev və bina (bütün elektrik istehlakçılarının 77%-i) işıqsız qalıb.
Bu qasırğa son 174 illdə Yamaykanı vuran ən güclü qasırğa olub.
Dominikan Respublikasında isə ən azı 1,27 milyon insan qasırğanın səbəb olduğu su sistemindəki nasazlıqla əlaqədar şirin sudan məhrum olub. Qasırğa 63 su təchizatı sisteminə ziyan vurub. 260-dan çox ev zərər görüb, 1400 nəfər evsiz qalıb.
Qasırğa həmçinin Dominikanda ağacların aşmasına və torpaq sürüşməsinə səbəb olub.
ABŞ-nin Quantanamodakı hərbi bazasının aeroportu qasırğaya görə bağlanıb. Ərazidə uçuşlar istənilən növ təyyarə üçün qadağan edilib.
“Melissa” qasırğasına görə, Quantanamo hərbi bazasından Müharibə Nazirliyinin işçiləri, hərbçilərin ailə üzvləri də daxil olmaqla təxminən 1 000 nəfər təxliyə olunub. Quantanamo körfəzini tərk edənlər müvəqqəti olaraq Florida ştatının Pensakola şəhərindəki hərbi dəniz bazasında yerləşdiriliblər.
Ümumilikdə, Karib hövzəsini vuran “Melissa” qasırğası nəticəsində ən azı 7 nəfər ölüb.
Ölənlərin üç nəfəri Yamaykada, üç nəfəri Haitidə ölüb, bir nəfəri Domiunikanda qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri