Icma.az
close
up
RU
Meloni ABŞ ın vitse prezidentinin Avropa ilə bağlı fikirlərini bölüşür

Meloni ABŞ ın vitse prezidentinin Avropa ilə bağlı fikirlərini bölüşür

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın baş naziri Giorgia Meloni ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin 61-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında "Avropada bəzi fundamental dəyərlərin azaldığını" deməsi ilə razılaşdığını və bunun da Avropa İttifaqının reaksiyasına səbəb olduğunu bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, Meloni İngiltərədən “Financial Times” qəzetinə müsahibə verib.

Meloni fevral ayında keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransında Avropada bəzi fundamental dəyərlərin, məsələn, ifadə azadlığının geriləməsi ilə bağlı Vensin bəyanatına toxunaraq: "Deməliyəm ki, ABŞ-ın vitse-prezidenti C.D.Vans Münhendə Avropa ilə bağlı irəli sürdüyü fikirlərlə razıyam. Mən bunu illərdir deyirəm. Avropa bir az itib", - deyə qeyd edib.

Meloni bildirib ki, İtaliyanın ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında Aİ və ABŞ arasında seçim etməli olduğunu söyləmək “uşaqlıq” və “səthi” yanaşmadır.

Baş nazir Meloni özünün mühafizəkar lider, Trampın isə respublikaçı olduğunu xatırladaraq: "Mən ona bir çox insanlardan daha yaxınam. İtaliyanın ABŞ ilə yaxşı əlaqələri ola bilər və ölkəmizin Avropa ilə münaqişədən qaçmaq yolunda körpülər qurmaq üçün edə biləcəyi hər hansı bir şey varsa, mən onu mütləq edəcəm və bu, avropalıların xeyrinə olacaq", - deyə bildirib.

Meloni Aİ-ni Tramp administrasiyasının tariflərinə cavab olaraq “sakit olmağa” çağırıb.

“Avropa üçün ən çox narahat olduğum təhlükə Rusiya, Çin və ya hər hansı digər xarici aktor deyil, bu, daxildən gələn təhlükədir”, - deyə Vens fevralın 14-də, 61-ci Münhen Təhlükəsizlik Konfransının ilk günündə etdiyi çıxışında bildirib. Avropanın ABŞ-la paylaşdığı bəzi fundamental dəyərlərinin azalması barədə: “Mən qorxuram ki, ifadə azadlığı Böyük Britaniyada və bütün Avropada tənəzzüldədir”, - deyə qeyd edib.

Vensin açıqlamaları və digər tənqidləri ev sahibi ölkələr Almaniya və AB tərəfindən kəskin reaksiyaya səbəb olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri