Meloni: Heç bir peşmançılığım yoxdur
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın Baş naziri Corcia Meloni NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampla münasibətləri və NATO-nun gələcəyi ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Trampla münasibətlərə qoyduğu siyasi sərmayəyə görə peşman olub-olmadığı barədə sualı cavablandıran Meloni bildirib ki, bu yanaşmasının əsasında Qərb birliyinə inam dayanır.
"Etdiyim heç bir şeyə görə peşman deyiləm. Bu siyasi sərmayəni Qərb birliyinə olan inamım əsasında etdim. Bu, Trampın vəzifəyə gəlişindən sonra qəbul etdiyim strategiya deyil. Bu, bütün həmkarlarımla birlikdə izlədiyim yanaşmadır. İmmiqrasiya və 'oyanmış' mədəniyyət kimi məsələlərdə Trampla ortaq mövqeyimiz var. Hadisələr necə inkişaf etsə də, fikrimi dəyişmirəm", – deyə Meloni bildirib.
İtaliya hökumətinin başçısı həmçinin NATO-nun üzləşdiyi çağırışların fərqində olduqlarını vurğulayaraq, ölkəsinin Alyans qarşısındakı öhdəliklərini milli maraqları nəzərə almaqla yerinə yetirməyə davam edəcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 İyul 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















