Meloni ilə Zelenski danışıqlar prosesini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski və İtaliyanın Baş naziri Corcia Meloni Rusiya ilə müharibənin başa çatdırılması üçün davam edən danışıqları, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə hər iki tərəf açıqlama yayıb.
Liderlər Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq məqsədilə aparılan danışıqlardakı irəliləyiş və atılmalı növbəti addımlar barədə fikir mübadiləsi aparıblar. Bu müzakirələr zamanı Yaxın Şərqdə baş verən son hadisələr də nəzərə alınıb.
Tərəflər həmçinin vurğulayıblar ki, mövcud şəraitdə Avropa və ABŞ-ın vahid mövqedən çıxış etməsi böyük əhəmiyyət daşıyır.
Zelenski İtaliyaya Ukraynaya göstərilən təcili enerji yardımı paketinə görə təşəkkür edib.
Meloni isə İtaliyanın Ukraynanın bərpası prosesində aparıcı rol oynamağa davam edəcəyini bildirib.
Ukrayna prezidenti əlavə edib ki, görüşdə İran ətrafında yaranmış vəziyyət və bunun enerji bazarlarına təsiri də müzakirə olunub.
Liderlər həmçinin Macarıstanın bloklaması səbəbindən hələ təsdiqlənməyən Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırması məsələsini də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 06 Mart 2026 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















