Meloni: İtaliya Ukrayna ilə bağlı Paris bəyannaməsindən məmnundur
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya Ukrayna ilə bağlı Parisdə qəbul edilən bəyannamədən məmnundur.
APA xəbər verir ki, bunu Parisdə “İstəklilər koalisiyası”nın görüşündə iştirak edən İtaliyanın Baş naziri Corcia Meloni bəyan edib.
Baş nazirin açıqlamasında qeyd olunur ki, sözügedən təhlükəsizlik zəmanətləri Vaşinqtonla sıx koordinasiya şəraitində qəbul ediləcək daha geniş razılaşmalar paketinin tərkib hissəsi olacaq.
Məqsəd Ukraynanın suverenliyi və müstəqilliyinin təmin edilməsi, o cümlədən atəşkəsin effektiv və əhatəli monitorinq mexanizminin yaradılması və Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsidir.
Eyni zamanda Corcia Meloni bir daha təsdiqləyib ki, İtaliya öz hərbi kontingentini Ukraynaya göndərməyəcək.
Baxış sayı:114
Bu xəbər 07 Yanvar 2026 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















