Meloni Qəzzadakı soyqırımda iştirakçılığa görə məhkəməyə verilib
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur"
İtaliyanın Baş naziri Giorgi Meloni Qəzzada törədilən soyqırımda iştirak etdiyi iddiası ilə Beynəlxalq Cinayət Məhkəməsində (BCM) məhkəməyə verilib. AYNA.AZ xəbər verir ki, bu barədə oktyabrın 7-də “La Repubblica” məlumat yayıb.
"Mən, müdafiə naziri Guido Crosetto, xarici işlər naziri Antonio Tajani və “Leonardo” şirkətinin baş direktoru Roberto Cingolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə verilmişik. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir ittiham yoxdur", - Baş nazir iddianı şərh edərkən bildirib.
O həmçinin siyasi rəqiblərini “Fələstin məsələsindən” daxili siyasi məqsədlər üçün istifadə etməkdə açıq şəkildə ittiham edib.
Baxış sayı:48
Bu xəbər 08 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















