Melonidən Trampa: Mənim reytinqimi ölçmək sizin işiniz deyil
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Populyarlığıma gəldikdə, sizinlə dost olmağımın reytinqimə heç bir müsbət təsiri olmayıb. Nüfuzum sizinlə münasibətimdən deyil, milli maraqları müdafiə etmək qabiliyyətimdən asılıdır. Hər halda, mənim populyarlığım sizin işiniz deyil. Sizə öz maraqlarınıza diqqət yetirməyi məsləhət görürəm”.
Teleqraf xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni ABŞ Prezidenti Donald Trampa cavab olaraq "İnstaqram"da bildirib.
Tramp "Truth Social"dakı paylaşımında qeyd etmişdi ki, Meloni ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləməkdən imtina etdiyi üçün aşağı düşən reytinqini artırmaq məqsədilə Fransada keçirilən G7 sammitində birgə şəkil çəkdirməyə çalışıb. Tramp həmçinin İrana qarşı əməliyyat zamanı Amerika təyyarələrinin İtaliya bazalarına girişinin qadağan edilməsi məsələsinə də toxunub. Meloni bazaların istifadəsinin mövcud müqavilələrlə tənzimləndiyini və Romanın hüquqa həmişə hörmət etdiyini deyib: "Bu təxribat hücumlar mənasızdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 20 İyun 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















