Melonidən Ukrayna ilə bağl açıqlama: Ərdoğaan təşəkkür elədim, çünki...
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Prezident Rəcəb Tayyib Ərdoğan 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə toplantısında iştirak etdiyi Romada İtaliyanın baş naziri Giorgia Meloni ilə birgə mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbat konfransında Meloni İtaliya ilə Türkiyə arasındakı mükəmməl əlaqələrin daha da irəliləməsi səylərini artırdıqlarını deyib.
O bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəmlənməsi istiqamətində möhkəm təməllər atılıb: "Bu kontekstdə İtaliya ilə Türkiyə arasında Aralıq dənizində də nümunə olacaq əlaqələr var"
Giorgia Meloni daha sonra Qəzzadakı vəziyyətə toxunub və buradakı hazırkı vəziyyəti faciə sayıb: "Biz bölgədə əbədi sülh üçün çalışırıq"
Ukrayna məsələsinə də toxunan Meloni deyib ki, Türkiyənin ta savaşın ilk günündəki mövqeyinin zamanla doğru olması təsdiqlənib: "Cənab Ərdoğana buna görə təşəkkür etdim. Çünki o, əvvəldən Ukraynadakı aktiv müharibə mühitində həmişə vasitəçilik rolunu qorudu..."
Zülfiyyə Mustafayeva
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 Aprel 2025 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















