Icma.az
close
up
RU
Memar Səttar Kərimli: Şəhərimizin müasir memarlığı kifayət qədər dinamik inkişaf edir

Memar Səttar Kərimli: Şəhərimizin müasir memarlığı kifayət qədər dinamik inkişaf edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, Anara Axundova, AZƏRTAC

Müasir Bakının memarlıq görünüşü sürətlə yenilənir, bəzən müəyyən bir rayonun siması tanınmaz dərəcədə dəyişir.

AZƏRTAC-ın müxbiri memar, dizayner, Azərbaycan Memarlar İttifaqının üzvü və Azərbaycan Memarlar İttifaqının Gənclərlə İş Komitəsinin sədri Səttar Kərimli ilə söhbət edib. Onunla şəhərin müasir memarlığının müsbət və mənfi cəhətlərini, eləcə də paytaxtımızın tarixi kimliyinin qorunmasının vacibliyini müzakirə etdik.

“Şəhərimizin müasir memarlığı olduqca dinamik şəkildə inkişaf edir. Müsbət cəhətlər arasında yeni ictimai məkanların yaranması, innovativ texnologiyaların, enerjiyə qənaət edən həllərin və müasir materialların istifadəsini göstərmək olar. Paytaxt daha rahat, estetik cəhətdən xoş və insanyönümlü hala gəlir.

Bununla belə, bəzi çatışmazlıqlar da var. Yeni binalar həmişə mövcud tarixi tikililər ilə uyğunlaşmır və küçələrin miqyasını və ya ümumi memarlıq görünüşünü pozur. Həmçinin hər yerdə abadlıq işlərinə, yaşıl sahələrə və şəhər mühitinin keyfiyyətinə kifayət qədər diqqət yetirilmir”, - deyə memar qeyd edir.

Xüsusilə heyran olduğu müasir memarlıq strukturlarından danışan Səttar Kərimli “Coop Himmelb(l)au” firmasından məşhur avstriyalı memar Volf Priks tərəfindən layihələndirilən Azərbaycan Mərkəzi Bankının binasını xüsusi qeyd edir: “Bu bina innovasiya, rəmzi və ifadəli formanı özündə birləşdirən müasir memarlığın parlaq nümunəsidir. Hündür şüşə konstruksiya, dinamik fasad xətləri və texnoloji həllər müasir Bakının enerjisini və ölkənin inkişafa doğru istəyini əks etdirir”.

“Bina digər məşhur tikililərin - Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektində yerləşir. Bu, onun prospektin memarlıq mənzərəsinə mükəmməl şəkildə inteqrasiya olunmasına və müasir şəhər kompleksinin məntiqi davamını yaratmasına imkan verir.

Şaquli kompozisiya və şəffaf fasad şəhər mənzərəsinə dinamizm qatır və paytaxtın bu hissəsinin əhəmiyyətini vurğulayır”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırır.

Memarın sözlərinə görə, şəhərin tarixi kimliyini qorumaqla yanaşı, onun inkişafına da imkan vermək vacibdir.

Səttar Kərimli vurğulayır: “Tarixi binalar qorunmaqla yanaşı, həm də müasir məqsədlər üçün uyğunlaşdırılmalıdır - məsələn, onları muzeylərə, mədəniyyət mərkəzlərinə və ya ictimai məkanlara çevirmək olar.

Müasir binalar, öz növbəsində, innovativ və cəsarətli ola bilər, lakin onlar ətraf mühitə - miqyasa, materiallara, rəng sxeminə və məkanın ruhuna hörmətlə yanaşmalıdır.

Bu kombinasiya keçmişlə gələcək arasında ahəngdar bir dialoq yaradır, həmçinin şəhəri canlı, maraqlı və çoxtərəfli vəziyyətdə saxlayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri