Icma.az
close
up
RU
Memarlıq və İnşaat Universiteti elmi tədqiqat imkanlarını artırır

Memarlıq və İnşaat Universiteti elmi tədqiqat imkanlarını artırır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elmi əməkdaşlığını genişləndirmək və tədqiqatyönümlü universitetə çevrilmək istiqamətində növbəti addımı atıb. Bu çərçivədə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən UZGE – Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri dosent Gültəkin Coşqun AzMİU-nun qonağı olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dosent Gültəkin Coşqunun tədris işləri üzrə prorektor professor Akif Qasımovla görüşündə Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri də iştirak ediblər. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələrinin gücləndirilməsi, elmi-tədqiqat imkanlarının artırılması və innovativ həllərin sənaye ilə inteqrasiyası müzakirə olunub.

Gültəkin Coşqun UZGE İnstitutunun fəaliyyəti barədə məlumat verərək metrologiya və döşəmə təhlükəsizliyi sahəsində yüksək keyfiyyətli sınaq və sertifikatlaşdırma xidmətlərinin təqdim olunduğunu vurğulayıb. O, institutun helikopter eniş zolaqları və müxtəlif növ döşəmə örtüklərinin sürtünmə əmsallarının tədqiqi sahəsində apardığı araşdırmaların əhəmiyyətindən danışaraq bu istiqamətdə AzMİU və TAU ilə əməkdaşlığın prioritet olduğunu qeyd edib.

Prorektor Akif Qasımov universitetin beynəlxalq tədqiqat şəbəkələrinə inteqrasiyasının və sənaye ilə əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirərək UZGE İnstitutu ilə əməkdaşlığın elmi potensialın artırılması və innovativ həllərin tətbiqi baxımından vacib olduğunu vurğulayıb.

Görüşdə elmi-tədqiqat layihələrinin birgə icrası, texnologiya transferi, metrologiya və standartlaşdırma üzrə birgə laboratoriyaların qurulması, beynəlxalq elmi jurnallarda məqalələrin çap edilməsi və innovativ həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri