Memarlıq və İnşaat Universitetindəki yanğına görə tələbələr təxliyə olunurlar RƏSMİ
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib.
Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Abdullayev Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.
O, yanğının universitet binasının arxa həyətində baş verdiyini bildirib:
"Yanğın yanğınsöndürmə briqadaları tərəfindən tamamilə nəzarətə götürülüb və söndürülüb. Ərazidə briqadalar işləyir, yanğının yaxınlıqdakı binalara keçməməsi üçün tədbirlər görülür. Hadisənin səbəbi hələki bəlli deyil".
Universitet rəsmisi onu da əlavə edib ki, yanğın zamanı xəsarət alan olmayıb və universitetin binasına ziyan dəyməyib:
"Sadəcə qabaqlayıcı tədbir olaraq yaxın binalardakı əməkdaşlar və tələbələr təxliyə olunublar".
Nəzrin Mirzəyeva, Bizim.Media
Baxış sayı:192
Bu xəbər 28 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















