Icma.az
close
up
RU
Məmmədlidə üfunət nəfəs kəsir: Balıqların məhv olduğu göl kimindir?

Məmmədlidə üfunət nəfəs kəsir: Balıqların məhv olduğu göl kimindir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü səbəbindən ətrafı üfunət bürüyüb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, iyrənc qoxudan ərazidə nəfəs almaq mümkün deyil.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölmüş balıqların ərazidən təmizlənməsi işi davam edir, ən qısa müddətdə işlər başa çatdırılacaq.

Əlavə olaraq vurğulanıb ki, qeyd olunan ərazidə balıqların kütləvi ölümü ilə bağlı KTN-in Aqrar Xidmətlər Agentliyi (AXA), Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar davam etdirilir. Əraziyə baxış zamanı sudan və balıqlardan götürülən nümunələrin laborator analizlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Rəsmi qurumlardan verilən açıqlamada sözügedən gölün özəl təsərrüfat olduğu bildirilirdi.

Oxu.Az məsələni dəqiqləşdirmək üçün Məmmədli kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Zəngimizə cavab verən bələdiyyə əməkdaşı həmin gölün bələdiyyənin özəl təsərrüfatı olduğunu təsdiqləyib. Ərazinin ölmüş balıqlardan təmizlənməsi ilə əlaqədar görüləcək işlər barədə məlumat veriləcəyi bildirilib.

Göldən balıqları toplayanların qoruyucu vasitələrsiz işləməsinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, qurum, ərazidə yaranan antisanitar vəziyyət məişət, sənaye və başqa tullantılar ilə əlaqədar olarsa, həmin məsələni araşdırır. Yəni həmin şəxslər ETSN-in işçiləri deyillər.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri